Əsas Səhifə > Şou-biznes > "Bizim millət bir az nailiyyət əldə etdikdən sonra tez özünə arxayınlaşır"

"Bizim millət bir az nailiyyət əldə etdikdən sonra tez özünə arxayınlaşır"


2-02-2015, 08:49
"Bizim millət bir az nailiyyət əldə etdikdən sonra tez özünə arxayınlaşır"
Hafta.az-ın sosial şəbəkəsindəki rəsmi səhifəsində apardığımız sorğu nəticəsində bu dəfə “Həftənin modeli” Sevinc Paşayeva oldu. Müsahibəmizi təqdim edirik.

- Neçə ildir modelsiniz və hansı uğurlarınız var?

- 3 ildir ki, model olaraq fəaliyyət göstərirəm. Bir çox kurslara getmişəm, bu sahəni dərindən öyrənməyə səy göstərirəm. Türkiyədə, Rusiyada olan beynəlxalq gözəllik yarışmalarında iştirak etmişəm. Azərbaycanda da "Miss Azerbaijan" yarışmasının seçmə turlarında iştirak etmişəm. Daha çox xaricdə modellik kurslarına qatılmaq istəyirəm, çünki hər halda onlar daha peşəkardırlar bu sahədə.


- Model olmaq üçün səbəbiniz nədir?


- Sözün düzü, mən uşaqlıqdan model olmağa meyilli olmuşam. Sonra elə oldu ki, uzun müddət bu peşə haqda düşünmədim. Sonra isə bu peşəyə sadəcə hobbi olaraq baxırdım, indi isə daha ciddi yanaşıram bu sahəyə. Modelliyə olan sevgim hər gün get-gedə artır. Bir sözlə, insan mütləq gərək sənətini sevsin, çünki o zaman uğur qazana bilərsən. Zamanla fotosessiyalarım oldu, verilişlərə, seriallara çəkildim.


- Xarici ölkələrdən təkliflər gəlir?


- Təbii ki, Rusiyadan təklif gəlmişdi. İndi isə Türkiyədən bir şirkət sahibi xəz-dəri dükanının çəkilişlərinə dəvət edib. Ancaq hər təklifi qəbul etmək doğru deyil. Düşünürəm ki, daha sonra doğru addım atıram. Ancaq çalışacağam ki, xaricdə fəaliyyət göstərim.


- Kök insanlar fotomodel, yaxud model ola bilər?


- Düşünürəm ki, ola bilər. Çünki əgər insanın siması gözəl və üz quruluşunda qüsur yoxdusa, kök olsa da olar. Sadəcə ola bilər ki, həmin insan ifrat dərəcədə kök olsun, bu isə normal deyil. Hər şeyin həddi var. Çəkim adicə 5 kiloqram artıq olanda çalışıram onu tez "atım". Çünki onsuz da televiziya və kamera insanı hardasa kök göstərir. Ona görə, çalışıram eyni çəkidə olum.


- Azərbaycanda moda sahəsi niyə bu qədər zəifdir?


- Bu kütlənin birdən-birə model olmaq, məşhurlaşmaq istəyi ilə bağlıdır. Bu sahəni öyrənmədən, hər kəs ulduz olmaq istəyir. Ancaq kurslara getmək, xarici modelləri izləməklə modellərimiz düşünülən səviyyəyə çata bilər. Həm də düşünürəm ki, bizim millət bir az nailiyyət əldə etdikdən sonra tez özünə arxayınlaşır və öz üstündə çalışmır. Hamı qazandığı uğurdan sonra özünü ulduz hesab edir. İnanıram ki, yaxın zamanlarda bu problemimiz də həll olunacaq.



- Xarici mütəxəssisləri necə cəlb etmək olar?


- Bax bu bir az çətin məsələdir. Çünki onlar da bu işi görmək üçün böyük qonorar tələb edəcəklər. İşinin peşəkarı olan hər kəs, öz əməyinə dəyər verir və bu normaldır. Əslində xarici mütəxəssisləri ölkəmizə cəlb etməyə qadir şəxslər var, ancaq bu mövzular onların marağında deyil.

- Siz də ulduzluq xəstəliyinə tutulanlar sırasına daxil olmayacaqsınız?


- Məşhurlaşan şəxslər qeyri-ixtiyari olaraq dəyişir. Əslində bir çoxları deyir ki, dəyişmərəm, ancaq zamanla çox dəyişir, xasiyyəti tamami ilə fərqli olur. Bundan özünün belə xəbəri olmur hətta, çünki onları çalışdıqları mühit dəyişdirir. Ən azı çalışdığım qədər, bu xəstəliyə tutulmamağa çalışacağam.


- Gələcəkdə övladınızın da model olmasını istərdiniz?


- Xeyr, istəmərəm. Başqa bir işlə məşğul olsun istəyərəm. Ancaq özü bunu istəsə mane olmaram, əksinə dəstək olaram. Sadəcə, ən azı incəsənətin başqa sahələri ilə maraqlansa, daha çox sevinərəm. Məsələn, həmişə istəmişəm ki, qızım ya oğlum rəqs etməyi, musiqi ifa etməyi bacarsın. O oxusun, ya oynasın mən baxım. Bilmirəm, qəribə arzudur.


- Qeyri-adi bir fotosessiya etmək istərdiniz?


- Bir çox ideyalarım var, lakin hələ səbir edirəm. İnşallah, fərqli layihələrlə gündəmə gələcəyəm. Azərbaycanda hələ heç bir fotomodel fotolarından ibarət kiçik bir film süjeti çəkilməyib, yaxınlarda bu arzumu reallaşdırmaq niyyətindəyəm.


"Bizim millət bir az nailiyyət əldə etdikdən sonra tez özünə arxayınlaşır"
"Bizim millət bir az nailiyyət əldə etdikdən sonra tez özünə arxayınlaşır"
"Bizim millət bir az nailiyyət əldə etdikdən sonra tez özünə arxayınlaşır"
"Bizim millət bir az nailiyyət əldə etdikdən sonra tez özünə arxayınlaşır"
"Bizim millət bir az nailiyyət əldə etdikdən sonra tez özünə arxayınlaşır"
Geri qayıt