Əsas Səhifə > Şou-biznes > "Ailə qurandan sonra teatrdan uzaqlaşacağam..."

"Ailə qurandan sonra teatrdan uzaqlaşacağam..."


4-02-2015, 09:10
"Ailə qurandan sonra teatrdan uzaqlaşacağam..."
dia-az.life aktrisa Ruqiyyə Heydərovanın Milli.Az-a müsahibəsi.

- Ruqiyyə xanım, siz Dövlət Kukla Teatrının gənc aktrisalarından olsanız da, oynadığınız bir çox tamaşalarla uşaqların yaddaşına indidən həkk olunmağı bacarmısınız. Bu tamaşalara misal olaraq, “Pinokkio”, “Karlson”, “Göyçək Fatma”, “Balaca şahzadə” və s. tamaşaları misal göstərmək olar. Maraqlıdır, karyeranıza niyə məhz Kukla Teatrında başlamaq qərarına gəldiniz?

- Çünki başqa teatrlarda olan ab-hava mənə o qədər də yaxın deyil. Bura teatr olaraq mənim ilk iş yerimdir və düşünürəm ki, elə sonuncu da olacaq. Çünki bura, buranın kollektivinə çox öyrəşmişəm.

- Axı bu teatrda sizin üzünüz bir o qədər də görünmür. Daha çox pərdə arxasında qalırsınız. Bu hal sizin məşhurlaşmağınız üçün bir maneə deyilmi?

- Mənə, onsuz da, pərdə arxasında qalmaq lazımdır da (gülür).

- Niyə? Tanınmaq istəmirsiniz?

- Xeyr. Əslində, mənim heç sırf aktrisa kimi fəaliyyət göstərmək fikrim də olmayıb. Çünki bizim ailədə və yaşadığım Maştağa kəndində bu peşəyə bir o qədər də müsbət tərəfdən yanaşmırlar.

- Bəs ailə üzvləriniz sizin aktrisa olmağınıza necə icazə verdilər?

- Onlar mənim müəllimə olmağımı istəyirdilər. Lakin topladığım bal yetərli olmadı. Ona görə də, Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum. Amma mənim böyük səhnələrdə, filmlərdə oynayıb məşhurlaşmaq fikrim olmayıb heç vaxt. Bunu valideynlərimə də demişdim qabaqcadan. Bəlkə də, buna görə ürəyiyumşaq davrandılar (gülür).

- İndi sizin sənətinizə qarşı necə münasibət göstərirlər?

- Çox yaxşı. Ən azından necə bir kollektivdə çalışdığımdan xəbərdardırlar.

- Barmağınızdakı üzük diqqətimi çəkdi... Nişanlısınız?

- Bəli, nişanlıyam.

- Nişanlınız da sənət adamıdır?

- Xeyr, onun bu sənətlə heç bir əlaqəsi yoxdur.

- Ailə qurandan sonra işinizi davam etdirəcəksiniz?

- Düşünürəm ki, yox. Ailə qurandan sonra teatrdan uzaqlaşacağam.

- Ailənizə görə sənətin “daş”ını atacaqsızın, yoxsa..?

- Sırf ailəmə görə. Çünki həyat yoldaşımın iş qarafiki ilə mənim qrafikim düz gəlməyəcək, deyə düşünürəm.

- Belə çıxır ki, səhnə sizin üçün bir o qədər də önəmli deyil...

- Önəmli olmağına, önəmlidir. Ancaq aktrisalıq mənim üçün əvəzolunmaz sənət deyil. Mən yalandan deyə bilmərəm ki, bu sənətsiz yaşaya bilmərəm, səhnədən ayrı qala bilmərəm və s.

- Heç bir filmə, ya da seriala da çəkilmək fikriniz yoxdur?

- Qəti surətdə yoxdur.

- Bəlkə Kukla Teatrının aktrisalarının serial çəkilişləri zamanı rejissorların diqqətindən kənarda qalmaqları sizi həvəsdən salıb?

- Onunla heç bir əlaqəsi yoxdur. Çünki dəfələrlə seriallardan dəvət almışam. Birmənalı olaraq, bütün təkliflərə “yox” demişəm.


"Ailə qurandan sonra teatrdan uzaqlaşacağam..."
"Ailə qurandan sonra teatrdan uzaqlaşacağam..."
Geri qayıt