Əsas Səhifə > Şou-biznes > "Xanımım üçün hər şey etmişəm: ev bağışlamışam, brilyantlar almışam, ətirlərinin sayı-hesabı yoxdur"

"Xanımım üçün hər şey etmişəm: ev bağışlamışam, brilyantlar almışam, ətirlərinin sayı-hesabı yoxdur"


14-02-2015, 12:27
"Xanımım üçün hər şey etmişəm: ev bağışlamışam, brilyantlar almışam, ətirlərinin sayı-hesabı yoxdur"
14 fevral bütün dünyada Sevgililər günü kimi qeyd olunur.

Axşam.az tanınmışlar arasında sorğu apararaq, onların bu günü necə keçirəcəklərini öyrənib:
Müğənni Nadir Qafarzadə - Restoranların birində romantik gecə yaşayacağıq. İkimiz baş-başa övladlarımızdan, gələcək planlarımızdan danışacağıq. Həmin tarix xüsusi bir gündür. Xanımım üçün hər şey etmişəm: ev bağışlamışam, brilyantlar almışam, ətirlərinin sayı-hesabı yoxdur. Dünyada nə geyim, aksesuar, ətir var, ona almışam. Onun üçün konsert etdim. Heç nəyə ehtiyacı yoxdur.
Müğənni Murad Arif – Mənim üçün sevgililər günü məhz 14 fevraldadır. Ona görə də, həmin günü qeyd edirəm. Övladımı nənəsinin yanına qoyacam. Bütün günü həyat yoldaşımla baş-başa keçirəcəm. Mikadan ayrı dincələcəyik. Maraqlı planım var. Amma işlərimin çoxluğundan şəhərdən kənara çıxa bilməyəcəm.
Müğənni Gülay Zeynallı - Özümə hörmət edən xanımam. Hər şeyin yüksək səviyyəli olmasını istəyirəm. Həyat yoldaşım nə hədiyyə etsə, baş ucalığıdır. Ona nə edəcəyimə həmin gün qərar verəcəm. Qabaqcadan plan qurmuram.
Müğənni İradə İbrahimova – Toya qədər ənənəvi günlərimiz qeyd edilirdi. Amma son illər 8 Mart Qadınlar bayramını, Sevgililər gününü dostlarımızın evinə qonaq gedərək, yaxud da kinoteatrda film izləməklə keçiririk. Bəzən hədiyyə alırıq, bəzən də təbriklərimizi xoş sözlərlə çatdırırq. İstanbulda olacam. Ceyhunla danışmışıq ki, kinoteatra gedək, film izləyək. Bu günə kimi yaddaqalan hədiyyələrim çox olub. O, mənə həmişə bahalı və qeyri-adi hədiyyələr bağışlayır. Mənim üçün hədiyyədən çox, ailənin bir-birinə olan sevgisi əsasdır. Şükür, bundan məhrum deyiləm.
Müğənni Lətifə Soyuöz – Həyat yoldaşım bir dəfə qolbağı bağışlamışdı. Ən yaddaqalan hədiyyəm o olub. Məni ən çox sevindirən hədiyyə telefondur. Mobil telefon həvəskarıyam. Bu gün həyat yoldaşımla şəhərdən kənarda yerləşən istirahət mərkəzlərindən birinə yollanacağıq. Hətta indidən hazırlaşmışam.
Müğənni Zamiq Hüseynov – Sevgilim yoxdur. Bu günə kimi də özəl bir hədiyyəm olmayıb. İndi də sevdiyim olsa, hədiyyə düşünməzdim. Mən özüm onun üçün ən böyük hədiyyə olaram.
Müğənni Günay İbrahimli - Sevgilim yoxdur, dostlarımla keçirəcəm. Həm də bu gün konsertim olacaq. Heç kimdən hədiyyə gözləmirəm.
Müğənni Sevda Yahyayeva – Bu günə kimi 14 fevralda hədiyyə almışam. Bu gündən sonra da hədiyyələrim olacaq.
Müğənni Yaşar Cəlilov – Müsəlmanlarda 14 fevral bayramı yoxdur. Bu, xristianlar üçündür. Mənim üçün adi bir gündür. Azərbaycanda 30 iyun Sevgililər günü kimi qeyd olunur. Heç o günü də özəl hesab etmirəm.

Rəqqasə Fatimə Fətəliyeva – Bu sevgililər günü yeni tanış olanlara aiddir. Demirəm sevmirəm. Sevirəm. Amma mən hədiyyə gözləmirəm.
Müğənni Samira Allahverdi – Sevmək və hədiyyə bağışlamaq üçün özəl günə ehtiyacım yoxdur. Mən hər gün sevgimi məxsusi formada göstərirəm.

Geri qayıt