Əsas Səhifə > Şou-biznes > Günel ayrıldığı nişanlısı ilə yenidən birlikdə
Günel ayrıldığı nişanlısı ilə yenidən birlikdə18-02-2015, 09:37 |
Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel Zeynalova nişanlısı ilə fotolarını paylaşıb. Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl ayrıldığını deyən sənətçi İnanc Başəyməzlə qartopu oynayıb. G.Zeynalova fotoların yanına təəssüratlarını da yazıb: “Qartopu uşaqlıq, saflıq, təmizlikdir. Yaşımızın 30-40-50 olmasının fərqi yoxdur, hər birimizin içində uşaqlıq var. Qar yağsın, hər tərəf və pisliklər ağla örtülsün. Necə qartopu oynadıq, sellofanla da sürüşdük... İnancla qartopu eşqi bir başqadır, bəyaz sevgi” . Qeyd edək ki, sənətçinin nişanlısı İnanc Başəyməz iş adamıdır. O, Türkiyədə orta məktəbdə Günellə bir yerdə oxuyub. Cütlük 2011-ci ilin iyununda nişanlanıb. Ötən ilin noyabrında isə G.Zeynalova ayrıldıqlarını bildirmişdi. Geri qayıt |