Əsas Səhifə > Şou-biznes > "Ayıbdır, gül kimi müğənnilərimiz qalıb, gedib Azisə konsert verirlər"
"Ayıbdır, gül kimi müğənnilərimiz qalıb, gedib Azisə konsert verirlər"19-02-2015, 11:42 |
Hafta.az bildirir ki, iyulun 25-də Bakıda konsert verməyə hazırlaşan transseksuala müğənni Azisə yerli məşhurların münasibətini öyrəndik. Aparıcı Təranə Səmədova: -Azərbaycana Konchita da gəlsə heç sərt reaksiya vermərəm. Bütün Avropa Konchitanı qəbul edib, səs yollayıb dəstək olub, onu qalib etdilərsə, Azərbaycanda da konsert verməsində bir problem görmürəm. Sadəcə Azisin gəlişi onsuz da Azərbaycanda rəsmi olaraq mavilərin cəmiyyətdə azad gəzməsinə status verilibsə, elə həmin mavilərin könlünü sevindirəcək bir təşkilatçı tapılmalıdıda. Əslində o qədər problemlərimiz var ki, Azisin konsertindən həzz almaqda bir problem görmürəm. Müğənni Ceyhun Zeynalov: -Mahnılarını eşitmişəm. Balkan musiqisi ürəyimcədir. O ki qaldı trans olmasına onun mənə aidiyyatı yoxdur. Cammat sevir, dinləyir. Elton Cohn dünyaya car çəkdi, sonda da ərə getdi və musiqisini hər kəs sevir. Bakıda möhtəşəm konserti də oldu. Kimsə konsertə gedib dincəlirsə, stresini atırsa bu normaldır. Dini cəhətdən dəstəkləmirəm, hətta nifrət edərdim. Ancaq Azis müğənnidir. - Müğənni Əkbər Əliyev: 16-cı əsrin insanı deyiləm ki, deyim biabır olduq. Düzdü bəlkə də kimsə qəbul etmir o müğənnini, ancaq bele araşdırsaq, bütün şəhərdə, şənliklərdə və toylarda Azisin mahnılarını dinləyirlər. Burdan belə nəticəyə gəlmək olar ki, Azisə tələbat və sevgi var. İndi baxın konsertdə anşlaq olacaq, ola bilsin məndə əgər işim olmasa gedərəm. Müğənni Əli Mirəliyev : -Vallah bizim xalqımızı başa düşə bilmirəm. Ayıbdır, gül kimi müğənnilərimiz qalıb, gedib Azisə konsert verirlər. Belə insanları ölkəmizə dəvət etməklə adımızı batırırlar. Utanın, dünyada kişi yoxdur? Mavilərə maraq hardandır? Arada saqqalı kişi müğənniləri görürəm, deyirəm qırx saqqalını sən Konçitasan? Özümüzün sənətkarlarının qədrini bilmirlər, bizim mahnılardan, müğənnilərdən dünyada yoxdur. Bizim konsertlər boş qalır, heç kim dəyər vermir. Sonra xaricdən maviləri çağırırlar. Avropa bizim bütün adət-ənənələrimiz pozublar. Geri qayıt |