Əsas Səhifə > Şou-biznes > "Qardaşım deyir ki, arvadını boşa"
"Qardaşım deyir ki, arvadını boşa"3-03-2015, 09:50 |
Xalq artisti Rafiq Hüseynov (Rəmiş) qardaşı ilə bağlı hamını təəccübləndirən etiraflar edib. Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişinə açıqlama verən gitara ifaçısı onu ən böyük düşməni adlandırıb: “Bir doğma qardaşım var, ondan zəhləm gedir. Allahın da ondan xoşu gəlmir. Ölənə kimi də qardaşımı danışdırmayacam. Böyükdür, üzünə ağ ola bilmirəm. Allaha tapşırmışam. Böyük səhvlər, xoşagəlməz hərəkətlər edir, internetdə mənlə bağlı yazılar yayır: “Rəmiş tapançayla gəzdi”. Çox sözü deməyi, özümə yaraşdırmıram. Həyat yoldaşım Gülü ox olub, batıb gözlərinə. Deyir ki, arvadını boşa. Mən sizə deyirəm yoldaşınızla ayrılın? Mülk davası edəni mən kişi saymıram. Kişi varını özü qazanmalıdır. Atanın qoyduğu mülkə oğul göz tikməməlidir. Mənim üçün dostlarım qardaşdan əzizdir”. Geri qayıt |