Əsas Səhifə > Şou-biznes > "Övladım böyüyənə qədər işləməyəcəm" - Aygün

"Övladım böyüyənə qədər işləməyəcəm" - Aygün


13-03-2015, 09:58
"Övladım böyüyənə qədər işləməyəcəm" - Aygün
Türkiyədə yaşayan müğənni Aygün Mayak İsmayılova Azərbaycana gəlib.
Axşam.az-ın əməkdaşı ilə söhbətində ifaçı “O səs Türkiyə”dəki çıxışından sonra yaradıcılıqdan uzaqlaşdığını bildirib:
“Bir ildir Azərbaycana gəlmirdim. Dostlarım, valideynlərim məni Türkiyədə ziyarət etsələr də, vətənim üçün darıxırdım. Qızım Mirayla birlikdə gəlmişəm. Novruz bayramını burada keçirəcəyik. Səfərimin məqsədi sırf istirahətdir. Heç bir yaradıcılıq planım yoxdur. Əgər sənətlə məşğul olsam, gərək Türkiyəyə qayıtmayım. Ümumiyyətlə, qərar verdim ki, övladımı böyüdüb, müəyyən yaşa çatdırana qədər işləməyəcəm. Bakıya gəlməzdən əvvəl buradakı verilişlərdən birinə dəvət almışdım. Qatılmağı düşünmürəm”.

Qeyd edək ki, A.İsmayılova türkiyəli iş adamı Haluk Miyakla ailəlidir. İfaçı bu yaxınlarda "O səs Türkiyə" yarışmasına qatılmış, münsiflər Mazhar Alanson və Özkanın komandasında yarışmışdı.

Geri qayıt