Əsas Səhifə > Şou-biznes > Aktrisa Mətanət Əhmədova: "Öz intim həyatımdan danışmağı..."

Aktrisa Mətanət Əhmədova: "Öz intim həyatımdan danışmağı..."


15-04-2015, 09:57
Aktrisa Mətanət Əhmədova: "Öz intim həyatımdan danışmağı..."
DİA.AZ aktrisa Mətanət Əhmədovanın Milli.Az-a müsahibəsini təqdim edir:

- Mətanət xanım, teatr fəaliyyətinizdə nə yenilik var?

- Şükürlər olsun, yaxşılıqdır. Teatrda da vəziyyət yaxşıdır. Yeni tamaşalar üzərində çaılşırıq. Məşqlərdə və qastrollarda oluruq.

- İndiki gənc aktrisalarda ən çox nəyi müşahidə edirsiniz?

- Çayı hoppanmamış hop deyirlər. Sənət bir tərəfə qalıb, hamısı ulduzluq eşqindədirlər. Balaca bir epizodda oynayan kimi çoxusu özünü Sofi Loren hesab edir (gülür). Bu, bədbəxtçilikdir. Sənəti sevmək lazımdır, ondan nəyəsə görə istifadə etmək yox... Amma çox az bir qism var ki, onlar, həqiqətən də, sənəti sevirlər.

- Siz də vaxtında sənəti sevənlərdən biri olmusunuz. Bu sevgi lazımınca dəyərləndirilibmi?

- Mən sənətimi indi də sevirəm. Damarımda qan əvəzinə sənət “axır”. Söhbət fəxri adın alıb-almamağımdan gedirsə, mənim üçün əsas məsələ xalqın məni sevməsidir.

- Siz də Azərbaycanda kifayət qədər seriala çəkilən aktrisalardan birisiniz. Seriallarımızın indiki durumu sizi qane edirmi?

- Ümumilikdə qənaətbəxşdir. Texniki baxımdan çatışmazlıqlar var. Amma inanıram ki, zamanla düzələcək. Buna müəyyən qədər vaxt lazımdır.

- Gündəlik çox sərbəst geyinən aktrisalardan birisiniz. Yəni ki, açıq-saçıq libaslardan yerinə görə komplekssiz istifadə edən xanımlardansınız. Bəs rejissorlar açıq-saçıq səhnələr üçün sizə nə əcəb müraciət etmirlər?

- Elə də açıq-saçıq geyinirəm, deməzdim. Yaraşanı, əsas da iki uşaq anasına yaraşanı geyinirəm (gülür). Müraciət etməzlər də, çünki xasiyyətimi bilirlər (gülür). Bir də ki, elə rollar mənim xasiyyətimə uyğun deyil.

- Axı siz aktrisasınız, o oynayacağınız rol da “siz” olmayacaqsınız. Oynadığınız obrazın sizin xaraketrinizlə nə əlaqəsi ola bilər ki?

- O mənada olar. Amma nəzərə almaq lazımdır ki, bura Azərbaycandır. Mənlik deyil (gülür).

- Deməli, ictimai qınaqdan qorxursunuz, elədir?

- Xeyr, onsuz da, tərs və inadam. Dediyimi axıra qədər deyirəm (gülür). Sadəcə olaraq, sevmirəm o səhnələrdə oynamağı. Aktrisalar var, rejissor ona sual verəndə ki, özünü nədə görürsən, hansı rolu oynayardın? Deyir ki, fahişəni. Fahişəni verin, oynayım. Hərə bir cürdür də...
İntim həyat iki nəfərin arasında olan şeydi. Onu nəinki bütün aləm, heç üçüncü şəxsin görməsi də düzgün deyil. Mən belə düşünürəm.

- Bu düşüncə tərzi “kadrarxası” da özünü biruzə verir?

- Həyatda da öz intim həyatımdan danışmağı sevmirəm və kimsə danışanda da qəbul etmirəm. Hətta qonaq gedəndə də getdiyim evin nə yataq otağına girməyi, nə də soyuducunu açıb baxmağı sevmirəm. Bunu ayıb bilirəm. Olmaz.

- Sizi qorxudan nədir?

- Heç nə... Qorxu özü məndən qorxur (gülür).

- Bildiyimə görə, siz türk vətəndaşı ilə ailə qurmusunuz. Bəs onun münasibəti necədir sizin sənətinizə?

- O, məni həmişə dəstəkləyib, indi də dəstəkləyir. Sənət baxımından məni qısqanmır. Çünki dostlarımı, çalışdığım adamları, sənət yoldaşlarımı mənim qədər tanıyır (gülür).

- Sizcə, bu gedişlə sənət hara gedir?

- Molokanda köhnə bina söküləndə yerinə su çıxdı... Yəqin ki, batır, yerində heç nə tikə bilmirlər...

Geri qayıt