Əsas Səhifə > Şou-biznes > "Mən ömür boyu efirə çıxmağa görə kimdənsə xahiş etməmişəm"

"Mən ömür boyu efirə çıxmağa görə kimdənsə xahiş etməmişəm"


27-04-2015, 08:54
"Mən ömür boyu efirə çıxmağa görə kimdənsə xahiş etməmişəm"
Tanınmış qaboyçu, "Şöhrət" ordenli, xalq artisti Kamil Cəlilovdan xəbər var. O hal-hazırkı vəziyyəti haqda Milli.Az-a danışıb.

“Təbii ki, hər bir yaşın öz gözəlliyi var. İnsan yaşa dolduqca əziyyət çəkir. Xəstə deyiləm, səhhətimdə hər şey yaxşıdır. Evdə oturub qocalıram (gülür). Biz bu sənəti boynumuza götürmüşüksə, hər əzaba qatlaşmalıyıq. Bütün günü qızımın yanında oluram, axşamlar öz evimə qayıdıram. İnsan həyatını dəyişəndən sonra “göyə qaldırırlar”.

Ramiz Mirişli rəhmətə getməmişdən 10 gün öncə telefonla danışıb, hal-əhval tutduq. O, məni o qədər təriflədi ki... O, indi dünyadan köçüb, amma yaratdığı musiqilər qalacaq. Tamaşaçılar küçədə məni görürlər, böyük hörmətlə qarşılayırlar. Soruşurlar ki, niyə efirdə görünmürsüz? Gedib yalvarası deyiləm ki? Mən ömür boyu efirə çıxmağa görə kimdənsə xahiş etməmişəm. Gərək xəstə olasan ki, səni çəkib göstərsinlər”, - deyə musiqiçi bildirib.

Geri qayıt