Əsas Səhifə > Şou-biznes > Teleaparıcı Fizzə İsmayılova: "Mənim istədiyim insan..."
Teleaparıcı Fizzə İsmayılova: "Mənim istədiyim insan..."6-05-2015, 09:12 |
DİA.AZ teleaparıcı Fizzə İsmayılovanın Milli.Az-a müsahibəsini təqdim edir: - Fizzə xanım, artıq bir neçə müddətdir ki, efirdə yoxsunuz. Sonuncu dəfə “Azərbaycanın səsi” layihəsinin aparıcılarından biri oldunuz. İndi nə işlə məşğulsunuz? - Hələ ki, gözləyirəm. Amma təkliflər çox olur, sadəcə olaraq, onları incələmədən dəyərləndirməyə tələsmirəm. - Hal-hazırda hansı təklif üzərində düşünürsünüz? - Verilişin adını gizli saxlamaq istəyirəm, amma onu deyə bilərəm ki, yeni bir təklif almışam. İnşallah, qısa zamanda məni həmin verilişin aparıcısı olaraq görəcəksiniz. - Heç olmasa, verilişin formatı barəsində bir az məlumat verərdiniz... - Çox güman ki, əyləncəli, şou xarakterli bir veriliş olacaq. Mən həmişə öz ampluamda qalıram (gülür). - Amplua demişkən, heç dəyişməmisiniz? - Qətiyyən. Dəyişməyi sevmirəm. Məni dəyişdirmək istəyən də bunu bacarmayıb. - Xasiyyət dəyişməyə bilər, bəs geyim tərzi?.. Yenə əvvəlki kimi geyim baxımından sərbəstsiniz? - Sərbəst olmağına sərbəstəm, lakin çox da açıq-saçıq geyinmirəm. Məsələn, qısa ətəklərdən istifadə edirəm, ancaq çox da vulqar görünmür. Bir sözlə, özümə yaraşdırdığım istənilən libası rahatlıqla geyinə bilərəm. - Sizcə, indiki aparıcılar nəyi “apara” bilmirlər? - Özlərini (gülür). - Problem nədədir ki? - Ən böyük problem bəzi teleaparıcıların efir etikasını, efir davranışını bilməməkləri və efir qaydalarını pozmaqlarıdır. - Siz bu faktları açıq-aydın dediyiniz üçün sizə düşmən kəsilən bir çox aparıcı var, yəqin ki... - Düz söz acı olar... Kim necə qəbul edirsə-etsin. Mənim şou-biznesdə dostum yoxdur. Heç kimlə yaxın münasibət qurmuram. - Şou-bines məlumdur, bəs real həyatınızda dostlarınızın, rəfiqələrinizin sayı nə qədərdir? - Desəm ki, tək-tük, hətta yox dərəcəsindədir, bəlkə də, inanmazsınız (gülür). Tam səmimi deyirəm, mənin özüm qədər inandığım rəfiqəm yoxdur. Yəni ki, o dərəcədə yaxın və dost olduğum bir insan yoxdur. - Özünüzə inanırsınız? - Əlbəttə, inanmışam, inanıram, inanacağam da... - Bir müddət öncə demişdiniz ki, siz də seriallara dəvət alan aparıcılardansınız. Amma qəbul etməyənlərdənsiniz. Tamaşaçılar sizi niyə heç bir serialda görmürlər? - Əvvəla, seriallarımızdakı ssenari və texniki göstəricilər məni qane etmir. İkincisi də təklif olunan rola görə ödənilən qonorar çox gülünc olur. Pis çıxmasın, mənim də hələ o pula bir o qədər də ehtiyacım yoxdur. Allah valideynlərimin canını sağ etsin!.. - Siz də ailə qurmağa tələsmirsiz? - Bəli, elədir (gülür). Hər şeyin öz vaxtı var. O da olacaq, inşallah. Amma sözün düzü, hələ ki, mənim istədiyim insan qarşıma çıxmayıb. - İnsan dünyadan köçərkən özü ilə heç nə aparmır... Əgər sizə bir şans verilsəydi, özünüzlə nə aparardınız? - İkiüzlü, riyakar insanların üzlərindəki “maska”ları dartıb özümlə aparardım... Geri qayıt |