Əsas Səhifə > Şou-biznes > Aktrisa Günəş Mehdizadə: "Ona vurulmuşdum…"
Aktrisa Günəş Mehdizadə: "Ona vurulmuşdum…"13-05-2015, 09:09 |
DİA.AZ aktrisa Günəş Mehdizadənin Milli.Az-a müsahibəsini təqdim edir: - Günəş xanım, uşaqlıqlığınızın son gecəsini necə xatırlayırsınız? - Mənim uşaqlıq illərim hələ bitməyib… Çox yaxşı xatırlayıram (düşüncəyə dalır). - Bəs sənətə ilk addımlarınızı nə vaxtdan qoydunuz? - Elə universitetdə oxuya-oxuya fəaliyyətə başladım. Bir neçə müddət YUĞ Dövlət Teatrında rəhmətlik Vaqif İbrahimoğludan dərs aldım. Onun kurslarında iştirak etdim. Daha sonra filmlərə çəkildim və s. - Siz, o cümlədən “Qaranlıqlar çiçəyi”, “Miras”, “Sənin deyil” və s. kimi seriallarda da rol almısınız. Hazırkı serialların vəziyyəti və bir aktrisa olaraq sizə kəsilən qonorardan razısınız? - Sözün düzü, seriallarımızda gedən inkişaf ildən-ilə daha qabarıq nəzərə çarpır. O ki qaldı qonorara, məsələn, mən hər deyilən qiymətə çəkilmirəm. Lovğalıq olmasın, amma özümə və sənətimə dəyər verirəm. Hətta elə bir film olar ki, orada nəyinsə xatirinə təmənnasız çəkilərəm, nəinki çox ucuz qiymətə. - Maraqlıdır, niyə heç bir teatrda rəsmi olaraq adınız getmir? Hətta Tələbəlik illərində də uzun müddət YUĞ-a gedib-gəldiyinizi dediniz, amma heç orada da işləməmisiniz… - Əslində, teatrı sevirəm, lakin qorxurdum, qorxurdum ki, teatra öyrəşərəm, sonra ayrıla bilmərəm. Mən Vaqif İbrahimoğlu kimi bir ustadın əlindən su içmişəm. Ona vurulmuşdum. Sənətinin heyranı idim. Ancaq o, dünyasını dəyişəndən sonra mən düşündüm ki, teatrda qalıb işləməyimin mənası yoxdur. - Günəş xanım, Günəşdə olan hərarətin heç olmasa bir hissəsi sizdə varmı? - Həddindən artıq var (gülür). - Qaçdıqca nəyə çata bilmirsiniz? - Bəzən elə şeylər olur ki, ona çatmaq istəyirsən, amma çatandan sonra adiləşir. Ona görə də çatmayanda daha gözəl olur, məncə. - Mütaliə edirsiniz? - Bəli, mütaliəni çox sevirəm. Çox zaman da klassik əsərlər oxuyuruam. - Fərz edək ki, özünüz bir “kitab”sınız… Sizi tam oxuya biliblər? - Tam oxuya biliblər desəm, yalan olar. Çünki hər bir insanın xarakter baxımından elə gizli tərəfləri olur ki, onu oxumaq bir az müşkül məsələ olur. - Hansı tip insanlarla fikirləriniz düz gəlmir? - Yalançı, vədinə xilaf çıxan, ikiüzlü və s. insanlardan uzaq qaçıram. - Günəşin şüaları daimi sizi isidir, yoxsa ara bir kölgədə qalmaq məcburiyyətində qalırsınız? - Günəş öz şüalarını heç vaxt məndən əsirgəmir (gülür). Kölgədə qalmağı sevmirəm. - Sizi kölgədə qoymaq istəyən insanlar var? - Bəlkə də var, amma düşünürəm ki, alınmayacaq… - Ailə qurmusunuz? - Bəli, ailəliyəm, iki övladım var. - Həyat yoldaşınız sənət baxımından sizə dəstək çıxanlardandır? - Mən sənətə gəldiyim gündən etibarən valideynlərim mənə dəstək olub, indi də dəstəkdirlər. Həyat yoldaşım da hər zaman yanımdadır və məni gözəl başa düşür. - Axı nə olmalı idi?.. - Hal-hazırda anam yanımda olmalıydı… - Bir quyunun dibinə düşsəniz, oradan hayqıraraq nəyə qarşı üsyan edərdiniz? - Ədalətsizliyə… - Mən, onsuz da, yaxşı bilirdim, bilirdim ki,.. Bu fikri necə tamamlamaq istərdiniz? - Mən, onsuz da, yaxşı bilirdim ki, nə vaxtsa Günəş kimi parlayacağam. Geri qayıt |