Əsas Səhifə > Şou-biznes > "Onun işinə qarışmaq bizim həddimiz deyil"
"Onun işinə qarışmaq bizim həddimiz deyil"14-05-2015, 09:22 |
DİA.AZ teleaparıcı Aynur Fətullayevanın Milli.Az-a müsahibəsini təqdim edir: - Aynur xanım, yay gəlir... Hansı planlarınız var? - Çoxlarından fərqli olaraq mən yayda hər zaman olduğu kimi iş başında olacağam. - Bəs istirahəti adətən harada keçirirsiniz? - Adətən təbiət qoynunda dincəlməyi sevirəm və buna üstünlük verirəm. - İstirahətdən söz düşmüşkən, səhv etmirəmsə, keçən yay istirahətə gedərkən ağır yol qəzasına düşmüşdünüz... Həmin hadisədən sonra avtomobilə qarşı qorxu hissi yaranmadı ki sizdə? - Bir müddət belə bir şey oldu, amma sonra keçib getdi. Hər halda, həyatda hər şey insanlar üçündür. Allah hamımızı qəza və bəlalardan qorusun! - Analıq hissini nə zaman yaşamağı düşünürsünüz? - Allah qismət edəndə. Onun işinə qarışmaq bizim həddimiz deyil. - Son zamanlar teleaparıcılarda görmək istədiyiniz, lakin görə bilmədiyiniz nədir? - Aparıcı danışanda bilməlidir ki, nədən danışır. Məlumatı olmalıdır ən azından. Efirin etik qaydalarını bilməli və riayət etməlidir. Hər halda, bizə milyonlarla tamaşaçı baxır. - Son zamanlarda aldığınız hansı şad xəbər sizə hədsiz sevinc gətirib? - Sözün düzü, belə xüsusi şad xəbər almamışam son vaxtlar. Amma doğmalarımın hər gün sağ-salamat olduğunu bilmək mənim üçün ən böyük şad xəbərdir. - Təki canımız sağ olsun... Can sağlığından sonra ikinci vacib xüsusiyyət nədir sizin üçün? - Gözəl bir məsəl var, canın sağlamdırsa, xoşbəxtsən, borcun yoxdursa, varlısan. Ən əsası - insanlarda insanlığa qiymət vermək lazımdır. Həyat çox qısadır. Hədər yaşamayasan gərək. İnsan hər anının dəyərini bilməlidir. - Sizin qədrinizi bilənlər çoxdur? - Şükürlər olsun Allaha. Şərt deyil ki, hamı mənim qədrimi bilsin. Doğmalarım, əzizlərim mənə yetər. - Bəs sizə yetməyən nədir? - Şükürlər olsun, hər şey qaydasındadır. - Ev işləri ilə aranız necədir? - Bütün ev işlərini bacarıram, özü də yüksək səviyyədə (gülür). - Mətbəxə tez-tez girirsiniz? - Vallah, mətbəxə tez-tez girməyə elə də vaxtım olmur. - Pəhriz saxlayırsınız? - Son vaxtlar bir az saxlayıram. Ona da pəhriz demək olarsa (gülür). - Nəyin təsirindən çıxa bilmirsiniz? - Həyatda hansısa bir pis hadisə haqqında informasiya alanda təsirindən çıxmaq olmur. - Ən yaddaqalan pis hadisə hansı olub sizin üçün? - İndi dəqiq xatırladığım bir şey yoxdur, amma gündəlik həyatda az deyil belə xəbərlər. İnternet saytlarını açanda görürsən ki, kimsə kimisə vurdu, öldürdü və s. İnsanlar sanki qəddarlaşıblar. Mərhəmət hissinə ehtiyac var. - Başqa nəyə ehtiyac var? - Hər şeyə görə şükürlər olsun Allaha. Əlbəttə, insanın həmişə nəyəsə ehtiyacı var. Amma əsas sağlıq olsun. İnsan özü, qəlbi, əməli düz olanda Allah onu mütləq qiymətləndirir. - Sənətinizdə hansısa bir dəyişiklik etmək fikriniz var? - Sənətimdən çox razıyam. Şükür ki, hər şey yaxşıdır və qaydasındadır (gülür). Geri qayıt |