Əsas Səhifə > Şou-biznes > ANS-in efirində"boz kardinal" qalmaqalı...
ANS-in efirində"boz kardinal" qalmaqalı...15-05-2015, 08:27 |
ANS TV-də "Daha bir nağıl" devizi ilə yayımlanan "Maşın" şounun daha bir iştirakçısı üçün maşın əldən getdi. ANS PRESS-in məlumatına görə, əməkdar artist Murad Dadaşovun müəllifi və aparıcısı olduğu proqramda bu dəfə şoudan kənarlaşan müğənni Elçin Hüseynov olub. Müğənni kimi çıxaracağını deməsə də, veriliş boyu müxtəlif versiyalar səsləndirilib. Stilist Anar isə Elçinin onu çıxaracağını bildiyini deyərək "getsin"ə səs istəyib. Bundan sonra Anar və Elçin arasında qalmaqal yaranıb. Müğənni stilistə "sən kimsən?" dediyi üçün studiyada gərgin anlar yaşanıb. Ağakişiyev "Sənin ixtiyarın yoxdur mənə belə deməyə" şəklində etirazını bildirib. Bundan başqa, o şouda qalacağı halda “boz kardinal”ın adını açıqlaycağını bildirib. Veriliş boyu E.Hüseynov tamaşaçılardan özü üçün "getsin"ə səs istəyib. SMS səsverməsinə çıxarılan E.Hüseynov sonda 62.76% səs yığsa da, heç kimin adını çəkməyərək özü gedib. Şouda iştirakını davam etdirənlər əməkdar artistlər Abbas Bağırov, M.Xanlarova, müğənnilər Rüfət Axundov, E.Bədəlov, ABD M.Kələntərli, X.İslam, Samir Cavadzadə, aktyor Allahverdi Yolçuyev, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist A.Ağakişiyevdir. Qeyd edək ki, veriliş hər axşam ANS TV-də saat 22:00-da yayımlanır. Geri qayıt |