Əsas Səhifə > Şou-biznes > Tünzalə Ağayeva kimin tərəfini tutdu?
Tünzalə Ağayeva kimin tərəfini tutdu?26-05-2015, 09:14 |
Ötən gecə "Maşın" realiti-şousunun finaldan əvvəlki son buraxılışı baş tutub. ANS PRESS-in məlumatına görə, iştirakçıların gizli səsverməsi nəticəsində meyxanaçı Rəşad Dağlı yarışmanı tərk etməyə namizəd olub. O, proqramda qalacağı təqdirdə stilist Anar Ağakişiyevi uzaqlaşdıracağını deyib. Anar veriliş boyu tamaşaçılara birbaşa müraciət etməyərək yorulduğunu bildirsə də, verilişdə qonaq olan müğənni Tünzalə Ağayeva ona dəstək olduğunu dilə gətirib. Daha sonra əməkdar artist sevilən mahnılarından birini səsləndirib. Sonda isə Rəşad Dağlı 51.11 faiz səs yığaraq Anarı yarışmadan uzaqlaşdırıb. Hazırda "Maşın" şouda Xatirə İslam, Samir Cavadzadə və Rəşad Dağlının iştirakı ilə final başlayıb. Qeyd edək ki, “Maşın” şousu hər gün saat 22:00-da ANS TV-də yayımlanır. Geri qayıt |