Əsas Səhifə > Şou-biznes > Elton kökəlib 100 kiloqram oldu
Elton kökəlib 100 kiloqram oldu1-06-2015, 10:20 |
Müğənni Elton Hüseynəliyev kökəlib. Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə müsahibəsində 100 kiloqram olduğunu deyib: “Çoxdandır idman etmirəm. Bu yay mütləq başlayacam. Sentyabra qədər ideal çəkiyə düşməliyəm. İdman edəndə qaçıram, üzürəm, futbol oynayıram. Hazırda bunların heç birini etmirəm. İndi 100 kiloqramam. 10 kiloqram artıq çəkim var. Boyum 185-dir. Normal çəkim 90 olmalıdır. Söz verirəm ki, 3 aydan sonra normal çəkimə qayıdacam. İndi dəb düşüb, hamı idman edir. Bu sağlamlıqdır. Bunu niyə tərz halına gətirmisiniz ki?". E.Hüseynov xalq artisti Aygün Kazımova ilə yeniliklər edəcəyini də söyləyib: “Aygün Kazımova ilə turneyə çıxacağıq. Konsertin təşkilatçısı Tolikdir. Bir də Aygün xanımla duetlərimiz olacaq. Əsas planım ilin sonuna kimi albom və yeni klip təqdim etməkdir”. Geri qayıt |