Əsas Səhifə > Şou-biznes > Xalq artisti: "Onun qanında it qanı var"
Xalq artisti: "Onun qanında it qanı var"4-06-2015, 11:55 |
ANS TV-nin "Günə Baxan" proqramı bugünkü buraxılışı bir neçə gün öncə Pirallahı rayonunda zorlanaraq qətlə yetirilən 5 yaşlı Aişəyə həsr edilib. ANS PRESS-in məlumatına görə, aparıcı Elgiz Əkbər hədsiz dərəcədə ağrılı mövzunu millət vəkili Qənirə Paşayeva, xalq artisti Kubra Əliyeva, hüquq müdafiəçisi Mehriban Zeynalova və hüquqşünasla birlikdə müzakirə edib. Müzakirə zamanı aktrisa Kubra Əliyeva 5 yaşlı balaca qızı zorlayan manyakın insan adına layiq olmadığını bildirdi. Emosiyalarına hakim ola bilməyən aktrisa fikirlərini sərt şəkildə ifadə etdi: "Onun qanında it qanı var. O, damarlarından insan qanı axa bilməz!". "Sovet dövründə növbədə dayanan ailələrə ev veriləndə qız və oğlan övladı olanda, həmin uşaqlara ayrı otaqlar verilirdi. Eyni valideynlərin belə qız və oğlan övladlarına bir otaqda yatmağa icazə verilmirdi. Analar, qızlarınızı oğlanlardan qoruyun. Qonşuda oğlanlar varsa, qızınızı gözünüzdən uzağa qoymayın" - deyən aktrisa, qız analarını ehtiyatlı olmağa çağırdı. Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Yakov Çernov dindirilmə zamanı Aişə Qələndərovanı zorlamadığını deyib. Müstəntiq isə hazırda uşağın meyiti tibbi ekspertizadan keçirildiyini bildirib. Onun həqiqətən də zorlanıb-zorlanmadığı isə ekspertizanın rəyindən sonra məlum olacaq. Xatırladaq ki, mayın 28-də Pirallahı rayonunda itkin düşmüş 5 yaşlı Aişə Qələndərovanın 1 gün sonra meyiti tapılıb. Onun meyiti elə yaşadığı məhlədən, qonşularının həyətində aşkarlanıb. Qızın elə həmin həyətdə yaşayan qonşusu 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç tərəfindən zorlanaraq qətlə yetirildiyi bildirilib. Qonşular Yakov Çernovu sakit və dinc insan kimi tanınıb. Çernov Viktoroviçi polis yaxalayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Geri qayıt |