Əsas Səhifə > Şou-biznes > Aygün Kazımova və Lalə küsülü imiş

Aygün Kazımova və Lalə küsülü imiş


22-06-2015, 10:10
Aygün Kazımova və Lalə küsülü imiş
Xalq artisti Aygün Kazımova ilə əməkdar artist Lalə Məmmədovanın küsülü olduğu ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, bu haqda L.Məmmədova “Onlar” verilişinə açıqlamasında xəbər verib.

O, küsməklərinin səbəbindən və barışmaqlarından danışıb:

“Realiti-şouların birində ikimiz də iştirakçı idik. Aygün xanım başqa qruplaşma yaratdı. Mən də özüm qruplaşma yaradıb, dedim, onu uzaqlaşdırmalıyam. Amma səs toplamadım və özüm şounu tərk etdim. Küsülü qaldıq. Sonra şahidi oldum ki, onun qəlbi necə təmiz imiş. Bir dəfə eyni məkanda üz-üzə gəldik. Aygün xanım mikrofonu götürdü və dedi: “Ay Lalə, axı mən sənə neyləmişdim?”. Çox utandım. Neçə yaş məndən böyükdür. Heç bir sənətkar belə hərəkət etməzdi. O, bu jesti etdi. Bilirəm ki, onun da mənə münasibəti yaxşıdır”.



Geri qayıt