Əsas Səhifə > Şou-biznes > "Mən Vüsalə ilə sevgili deyiləm"

"Mən Vüsalə ilə sevgili deyiləm"


1-07-2015, 09:39
"Mən Vüsalə ilə sevgili deyiləm"
Müğənni Yaşar Cəlilov prodüseri Vüsalə Kərimova ilə haqlarında yayılan şayiələrə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, ifaçı aparıcı ilə sevgili olmaları söz-söhbətlərinə belə cavab verib:

“Çoxdandır susduğum bir məsələyə aydınlıq gətirmək istəyirəm. Mən Vüsalə Kərimova ilə sevgili deyiləm. Yazdıqlarınıza, dediklərinizə, danışdıqlarınıza diqqət edin. Bu söhbətlərdən iyrənirəm. Bezmişəm... Daha doğrusu bezdirmisiniz. Öz işlərinizlə maraqlanın. Biz Vüsalə xanımla 4 ildir ki, müğənni-prodüser kimi fəaliyyət göstəririk. Həm də ailəvi dostuq. Hər müğənni işlədiyi prodüseri ilə münasibətə girməməlidir. Ağzınıza gələni danışmayın. Bir də mənə bu məsələ ilə bağlı heç nə deməyin, soruşmayın. Əks təqdirdə acı cavab alacaqsınız. Özünüzə və qarşınızdakına hörmət edin. Bu mənim sizə son xəbərdarlığımdır. Artıq-əskik yazanla başqa cür danışacam. Tanışlardan sözü olan nömrəmi bilir. Özümə yazsın, cavabını verim”.

Geri qayıt