Əsas Səhifə > Şou-biznes > "Övladımı özüm yedizdirir, çimizdirir, yatızdırıram"
"Övladımı özüm yedizdirir, çimizdirir, yatızdırıram"10-07-2015, 10:31 |
“Evdə bütün işləri xanımın üstünə atmaq lazım deyil. Əgər qadın bir işi görürsə, başqasını da kişi etməlidir. Mən dözmərəm ki, oturum, xanımım da mənə çay gətirsin, yemək hazırlasın, uşağa baxsın, təmizlik etsin”. Axşam.az-ın məlumatına görə, bu sözləri “Yeri gəlmişkən” verilişində aktyor Elnur Kərimov deyib. O, həyat yoldaşı ilə münasibətlərindən danışıb: “Qadın elə münasibətdə olmalıdır ki, kişi evinə tələsməlidir. Ondan yorulmamalıdır, bezməməlidir. Eyni şey kişiyə də aiddir. Kişi ilə qadın yüklərini bölüşməlidir. Məsələn, mən hazırda istirahətdəyəm. Uşağıma özüm baxıram. Onu yedizdirir, çimizdirir, yatızdırıram. İndi övladımın elə dövrüdür ki, hər gün böyüyür. Mən onun balacalığını bir də görməyəcəm. Bu anı doyunca yaşamalıyam. Münasibətlərdə güzəştə getmək mütləqdir. Ən çox da kişi qadına güzəşt etməlidir. Əgər qadın əsəbidirsə, kişi o müddətin keçməsini gözləməlidir. Qulğını kar et. Mən başımı uşaqla qatıram, nağıl oxuyuram. O, əsəbini keçirir, ağlayır, sakitləşir. Sonra oturub aydınlıq gətirirk. Subay vaxtı tanışlıqda başqa xasiyyətdə olursan. Ailə quranda xasiyyət dəyişir. Hər bir addımda bunu nəzərə almaq lazımdır”. Geri qayıt |