Əsas Səhifə > Şou-biznes > "Deyirlər ki, bəzi hallara ayaq uydurmalısan, şitlik etməlisən"

"Deyirlər ki, bəzi hallara ayaq uydurmalısan, şitlik etməlisən"


15-07-2015, 09:27
"Deyirlər ki, bəzi hallara ayaq uydurmalısan, şitlik etməlisən"
“Mədəniyyət insanın qanında olmalıdır, canından gəlməlidir. Sənətə gəldim, amma dəyişə bilmədim. Deyirlər ki, bəzi hallara ayaq uydurmalısan, şitlik etməlisən. Bura uyğun ola bilmədim”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni İradə İbrahimova “Evdəyik” verilişində qonaq olarkən deyib.

Sənətçi ünvanına deyilən tənqidi sözlərdən şikayətlənib:

“Durduğum yerdə mənə qabiliyyətsiz deyirlər. Niyə? Heç kim deyə bilməz ki, İradə mənə qarşı hörmətsizlik edib. Mən hazırcavab, dalaşqan insan deyiləm. İnsan var ki, hər an istədiyi addımı ata bilir. Mən bunu bacarmıram. Bundan utanmıram, əksinə fəxr edirəm. Qadın özünü xanım kimi aparmalıdır”.

Geri qayıt