Əsas Səhifə > Şou-biznes > "13 yaşından dekolte libas geyinirəm"

"13 yaşından dekolte libas geyinirəm"


18-07-2015, 10:10
"13 yaşından dekolte libas geyinirəm"
Xalq artisti Flora Kərimova gənc ifaçılara səslənib.
Axşam.az-ın məlumatına görə, müğənni onları özlərini açıq-saçıq aparmaqda günahlandırıb:
"Qadın analıqda xoşbəxt olur. Əgər övladlar yaxşıdırsa, demək ana xoşbəxtdir. Hər tərəfdən sınaqdan keçdim: səsimlə, özümlə, şəxsiyyətimlə, hətta mənəviyyatıma da əl atdılar. Addım atanda övladlarımı düşünürəm ki, onlar məndən utanmasınlar. Hər kəsə də bunu məsləhət görürəm. Açıq-saçıq geyim başqadır, bu olar. Dekolte açıq-saçıq deyil. 13 yaşından dekolte libas geyinirəm. Əsas odur ki, özlərini açıq-saçıq aparmasınlar. Bura müsəlman ölkəsidir, Azərbaycandır, özlərini aparmağı bilsinlər".

Geri qayıt