Əsas Səhifə > Şou-biznes > “Mən həyatda şən, deyib-gülən, şıltaq bir “meymun”am”

“Mən həyatda şən, deyib-gülən, şıltaq bir “meymun”am”


23-07-2015, 10:13
“Mən həyatda şən, deyib-gülən, şıltaq bir “meymun”am”
“Hislərimi cilovlamağı bacarıram”.

dia-az.life oxu.az-a istinadən “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalla müsahibəni təqdim edir:

- Yay aylarında müğənnilərin əksəriyyəti yaradıcılıq fəaliyyətini donduraraq müxtəlif istirahət məkanlarına üz tuturlar. Siz harada dincəlirsiniz?

- Bu yay mən istirahətə vaxt ayıra bilməmişəm. İyun ayında Birinci Avropa Oyunları ilə məşğul idim. İyulda Bodrumda işlərim oldu. Bu üç ay ərzində işlərim boldur. Qalan vaxtımı isə uşaqlarımla məşğulam. Avqustun axrında bəlkə dostlarımla birlikdə Mikanusa dincəlməyə getdik.

- İstirahət bitdikdən sonra pərəstişkarlarınızı nə ilə sevindirəcəksiniz?

- Yay bitincə yeni klip çəkdirməyi və yeni mahnı yazdırmağı düşünürəm. Ən əsası yeni layihənin təsdiqini gözləyirəm.

- Berksanla duetdən sonra daha hansı əcnəbi həmkarınızla birgə ifanız gözlənilir?

- Gələcəkdə ola bilər.

- Konsert vermək barədə nə düşünürsünüz? Sizcə, zamanı deyilmi?

- Əlbəttə, gözəl və möhtəşəm konsert vermək istəyərəm. Amma düşünürəm ki, hələ tezdir.

- Qadın nə zaman təhlükəli ola bilər? Səhv etmirəmsə, sizdən ehtiyat edənlər var...

- Qadının ən təhlükəli anı ona xəyanət edildiyinin bildiyi andır. Sevdiyin kişi səni bir başqası ilə əvəz edir. Qadın xəyanəti bağışlamaz. Xəyanət görən qadın yaralı aslan kimidir.

- Gərgin əsəb keçirəndə özünüzü necə sakitləşdirirsiniz, yoxsa hislərinizi ələ ala bilmir, bütün günü o vəziyyətdə dolaşırsınız?

- Mən çox nadir hallarda əsəbiləşirəm. Hislərimi cilovlamağı bacarıram. Səbrli insanam. Həddən artıq nəyəsə əsəbiləşəndə ordan uzaqlaşıram. Sakitləşib geri dönürəm. Bu da nadir hallarda baş verir.

- “Yaralı aslan”, “ürkək ceyran”, “məkrli əqrəb”, “zəhərli ilan”, “ mülayim pişik” - daha çox bunlardan hansı vəziyyətdə olursunuz?

- Mən həyatda şən, deyib-gülən, şıltaq bir “meymun”am.

- Cenifer Lopezlə bənzərliyiniz hansı hallarda sizə mane yaxud təkan olub?

- Bir mügənni kimi ona böyük hörmətim var. Ona bənzərlik mənim üçün nə maneədir, nə də təkan. Sözün düzü, əvvəl bu bənzərliyə görə əsəbiləşirdim. Çünki bəzi insanlar oxşayırsan deyil, özünü ona oxşadırsan deyirdi. Bu mənim heç xoşuma gəlmir. Çünki özümü ona oxşatmıram. Mən Nigar Camalam.

- İki gözəl qız balanız var. Onların da incəsənətə meyli varmı?

- Qızlarımla bir yerdə olanda birlikdə mahnı oxuyuruq. Bu haqda danışmaq hələ tezdir. Hal-hazırda onların yaxşı təhsil almasını və savadlı olmasını istəyirəm. Gələcəkdə hansı peşədə özlərini xoşbəxt hiss edəcəklərsə, onu da seçərlər. Mən də ana kimi həmişə onların arxasında olacağam.

- Nigar Camalın həmişə şarmlı və gözəl görünməyinin düsturu nədir?

- Gözəl və şarımlı görünməyimin düsturu pozitiv yaşamağa çalışmağımdır. Öz işimlə, uşaqlarımla məşğulam. Heç kimlə işim yoxdur. Məncə gözəl görünməyin sirri daxili aləmlə əlaqəlidir.

Geri qayıt