Əsas Səhifə > Şou-biznes > "Gənclər internetlə sevişirlər"
"Gənclər internetlə sevişirlər"6-08-2015, 11:53 |
Əməkdar artist Cavanşir Məmmədov internet tanışlığından bəhs edib. Axşam.az-ın məlumatına görə, müğənni "Hər şey daxil" verilişində buna müsbət yanaşdığını bildirib: "İndi oğlan-qız tanışlığı üçün geniş imkanlar var. Əvvəl deyərdilər, qız oğlanla telefonla danışmasın, görüşməsin. Mentalitet məsələləri var. İndi hər şey dəyişib. Gənclərin internetlə sevişmə imkanı var. Önəmli məsələdir. Nə qız, nə də oğlan bir şey itirir. Əksinə bir-birinə məlum olur ki, düşüncələr nədir, münasibət alınar, ya yox. İnternetin xoşagəlməyən tərəfləri var. Amma yaxşı yönlərini də danmayaq. Buradan yaxşı vasitələr üçün istifadə edilməlidir. Yoxsa bəziləri internetdən ailə dağıtmaq, kiməsə qara yaxmaq üçün istifadə edirlər". Geri qayıt |