Əsas Səhifə > Şou-biznes > Aygün Kazımova ilə Günel barışdı:
Aygün Kazımova ilə Günel barışdı:17-08-2015, 10:22 |
Xalq artisti Aygün Kazımova avqustun 21-də baş tutacaq konserti ilə bağlı maraqlı açıqlamalar verib. Axşam.az-ın məlumatına görə, müğənni “Onlar”da gecədə geyinəcəyi libaslardan danışıb: “Çox möhtəşəm konsert olacaq. Bu il ölkəmizdə “Bakı 2015” kimi böyük hadisə baş tutdu. Qərar verdim ki, konsertimi də orada bayrağımızı qaldıran, himnimizi səsləndirən idmançılarımıza həsr edim. Bu dəfə tam fərqli performans hazırlayıram. Türkiyədən rəqs qrupu gələcək. Saçlarımın rəngi, ölçüsü dəyişib. Bu mənim ən uzun saçlarımdır. Ən çətin an isə geyimimdir. Azərbaycandan, Gürcüstandan və Türkiyədən gənc modelyerlərlə işləyirəm. O qədər gözəl eskizlər hazırlayılar ki. Şortiklə səhnəyə çox çıxmışam. Mənim üçün səhnəyə belə çıxmaq adi haldır”. A.Kazımova müğənni Azəri Günel Zeynalova ilə barışmalarından da bəhs edib: “Günellə Türkiyədə mənim ən sevimli mağazamda görüşdük, şəkil çəkdirdik. Vətəndə heç görüşüb, bir araya gəlməmişik. Arada söz çatdıranlar var. Küsməkdə onların da təsiri olur. Mən Seda Sayanın verilişində səhnə arxasında Günellə görüşəndə də danışmışdıq. Günel deyəndə, ağlıma doğma və ölkəmizi Türkiyədə layiqincə təmsil edən biri canlanır”. Qeyd edək ki, G.Zeynalova A.Kazımovanın “Şəklimi çək” mahnısını icazəsiz ifa etmişdir. İfaçılar arasında küsülülk bunda sonra başlamışdı. Geri qayıt |