Əsas Səhifə > Şou-biznes > "Elə olub qəpik də tapmamışıq"
"Elə olub qəpik də tapmamışıq"21-08-2015, 09:36 |
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova yerli məşhurlara irad tutub. Axşam.az-ın məlumatına görə, o, sosial şəbəkədə həyat hekayəsini gündəmə gətirənlərdən yazıb: "Görəsən, bir az tanınan kimi televizora çıxıb, ağlaya-ağlaya keçmişində yaşadığı çətinlikləri danışanlara baxanda niyə gülməyim gəlir? Çətinlikləri hamımız yaşamışıq. Nə olsun ki? Elə olub qəpik də tapmamışıq. Yadımdadır, institutda oxuyanda yemək almağa pulumuz da olmazdı. İnstitutun kafesindən yeməyi borca alırdıq. İndi bunu faciəyə çevirib, ekrana çıxartmalıyıq, sonra da ağlamalıyıq? Nədi ki, insanlar baxıb acısınlar, desinlər ki, "Bu yazıq nə qədər ağır günlər keçirib”? Xəstədirlər, vallah, insanlar şöhrət xəstəliyinə yoluxub. Yaxşı ki, o günlərimiz var idi. Nə yaxşı ki, o yoxluğu yaşamışam". Geri qayıt |