Əsas Səhifə > Şou-biznes > Natavanı saxtakar adlandıran Tolikə cavab:

Natavanı saxtakar adlandıran Tolikə cavab:


3-09-2015, 10:47
Natavanı saxtakar adlandıran Tolikə cavab:
Ötən gün prodüser Tolik müğənni Natavan Həbibi ilə məhkəməsinin gedişatı zamanı qarşı tərəfin təqdim etdiyi sənədlərin saxta olduğu barədə açıqlama yaymışdı.

Natavan həbibinin vəkili Fərid Həsənov Tolikin bu ittihamını əsassız sayıb. Gecce.az-a daxil olan məlumatda vəkil bildirib ki, Natavan Həbibini və butun məhkəmə instansiyalarını saxtakarlıqla ittiham edən Tolik barədə hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

F. Həsənov bildirdi ki Hazırda Tarix Əliyevin (Tolikin) məhkəmə qətnaməsinin icrası Xətai Rayon İcra Şöbəsindədir:

"Qətnamənin əsaslandığı sübütların icra mərhələsində saxta olmasının müəyyən edilməsi ilə əlaqədar yayılan məlumatlar tamamılə yalandır, əksinə qətnamənin könüllü icrası üçün Tarix Əliyevə (Tolikə) 10 gün vaxt verlib, əgər bu müddət ərzində o Həbibova Natavan Şamil qızından üzr istəməsə və təkzib verməsə onu qanunla nəzərdə tutlmuş qaydada məcburi icra tədbirləri gözləyir.

Belə olan halda dünən yayılmış məlumat onu göstərir ki ya vəkili Tarix Əliyevə (Tolikə) düzgün informasiya vermir, onu aldadır, ya da Əliyev Tarix (Tolik) məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün bu yola əl atıb.

Qeyd edək ki, saxta sənədlərlə bağlı yayılan məlumatlar yalan olduğundan Əliyev Tarix Tahir oğlu (Tolik) Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 296-cı maddəsi (Bilə-bilə yalan xəbəçilik etmək) ilə cinayət məsuliyyətinə cəlb oluna bilər".

Geri qayıt