Əsas Səhifə > Şou-biznes > "Ailə quracağım şəxs sənət adamı deyil, iş adamıdı"

"Ailə quracağım şəxs sənət adamı deyil, iş adamıdı"


14-09-2015, 08:51
"Ailə quracağım şəxs sənət adamı deyil, iş adamıdı"
Aktrisa Pərvin Abıyeva ailə həyatı qurur. Gecce.az-ın məlumatına görə, bu barədə o, "Atv maqazin" verlişində danışıb.

"Subaylığa əlvida deyirəm. Ailə quracağım şəxs sənət adamı deyil, iş adamıdı. Mən şou-biznesdən olan adamlardan demək olar ki uzağam. Ancaq yaradıcılıq bağlaya bilər bizi. Etiraf edim ki, heç bir aktyorla aktrisa, müğənni müğənni ilə yola getmir. Şəxsi həyatlarını birləşdirsələr belə, əksəriyyətinin sonu ayrılıq olur. Ona görə hər kəs öz sənətinə zidd olan insanla ailə həyatı qursa, uğurlu evlilik olar. 24 yaşım var. Artıq toyuma hazırlaşıram, planlarım var".

Aktrisa İnstaqramda paylaşdığı bahalı avtomobilinin olmasınada danışdı. Mən kasıb ailədə göz açmamışam. Bolluq görmüşəm. Hazırda sürdüyüm avtomobili isə öz əməyimlə almışam. Həqiqəti deməliyəm ki, gənc aktrisalar sırasında mən bir nömrəyəm, öndə gedənəm. Yaşıdlarımdan elə bir aktrisa yoxdu ki mənim qədər öz üzərində işləsin, məhşurlaşsın. Özümü heç vaxt Vəfa Zeynalova ilə müqayisə etməmişəm. Vəfa xanım artıq sözünü deyən aktrisadır. Söhbət yaşıdlarımdan gedir" - deyən Pərvin Abıyeva sözünə davam edib.

Bəlli oldu ki, rejissorlar ona açıq səhnələr təklif edib, amma o, bu təklifləri dəyərləndirməyib.

"Mən Azərbaycanda çəkilən filimlərdə açıq səhnələrə çəkilmərəm. Təkliflər olub, amma qəbul etməmişəm. Amma azərbaycanlı yox, xarici ölkənin vətəndaşı olsaydım, açıq rollarda çəkilərdim" - deyə Pərvin etiraf edib.

"Ailə quracağım şəxs sənət adamı deyil, iş adamıdı"
"Ailə quracağım şəxs sənət adamı deyil, iş adamıdı"
"Ailə quracağım şəxs sənət adamı deyil, iş adamıdı"

Geri qayıt