Əsas Səhifə > Şou-biznes > "Pul verib mahnımı insanlara sevdirə bilmərəm"
"Pul verib mahnımı insanlara sevdirə bilmərəm"21-09-2015, 10:00 |
Müğənni Sevda Yahyayeva “ATV Maqazin” verilişinə açıqlama verib. Axşam.az-ın məlumatına görə, sənətçi “Deyirlər ki, Sevdanın səsi yoxdur” sualına əsəbiləşib. O, həmkarlarını onun paxıllığını çəkməkdə günahlandırıb: “Adam paxıl olmaz. Pul verib mahnı ala, klip çəkdirə, onu yayımlaya bilərəm. Ancaq pul verib mahnımı insanlara sevdirə bilmərəm. Bir çox ifalarım hit olub. Mənə belə söz deyənlər kənarda mahnılarımı dinləyir. Nəyisə pisləmək heç də çətin deyil. Müğənni var ki, canlı oxuyanda səsi gözəl çıxır, studiyada isə əksinə. Müğənni də var ki, hər ikisini yaxşı bacarır. Bax həmin ifaçı universaldır. İllər öncə peşəkar bəstəkarımız Vüqar Camalzadə söyləmişdi ki, “Sevda universal müğənnidir”. Mənim hər kəslə gözəl münasibətim var. Amma yanımda olanlar ən yaxın dostlarımdır”. Geri qayıt |