Əsas Səhifə > Şou-biznes > "Bəzilərinə hörmət edirəm deyə, elə bilirlər ki, dədələrinə borcum var"

"Bəzilərinə hörmət edirəm deyə, elə bilirlər ki, dədələrinə borcum var"


22-09-2015, 09:07
"Bəzilərinə hörmət edirəm deyə, elə bilirlər ki, dədələrinə borcum var"
Prodüser Tarix Əliyev (Tolik) şou-biznes aləmindəki qruplaşmaları qınayıb.

Axşam.az-ın məlumatına görə, o, xalq artisti Zeynəb Xanlarova ilə fotosunu paylaşaraq onun əsl sənətkar olduğunu vurğulayıb:

“13 ildir şou-biznesdə fəaliyyət göstərirərm. Kimlərin üzün gördüm: arxaca danışıb, üzə gülən, bu gün düşmənim, sabah dostum deyənləri... Xalq artistindən tutmuş, əməkdar artistinə qədər... Amma Zeynəb Xanlarova hər zaman böyüklüyünü saxladı. Nə bir maqazin verilişində görsəndi, nə bir sayta açıqlama verdi. Kiməsə söz atmadı. Onunla ilk dəfə görüşə gedəndə əllərim həyəcandan tərləyirdi. Bax budur sənətkar, budur xalqın sevgisi, hörməti. Yoxsa qruplaşma belə getdi, mafiya belə gəldi. İt belə gəldi, qurd belə etdi. Bəzilərinə hörmət edirəm deyə, elə bilirlər ki, dədələrinə borcum var. Amma artıq bəsdir, sizin qruplaşmanıza...”.

"Bəzilərinə hörmət edirəm deyə, elə bilirlər ki, dədələrinə borcum var"

Geri qayıt