Əsas Səhifə > Şou-biznes > "Şou-biznesdə mənim qədər kişi yoxdur"

"Şou-biznesdə mənim qədər kişi yoxdur"


23-09-2015, 08:34
"Şou-biznesdə mənim qədər kişi yoxdur"
Boşanma xəbəri hələ də müzakirə obyekti olan müğənni Elton Hüseynəliyev od püskürdü.

Gecce.az xəbər verir ki, onu sosial şəbəkələrdə qınayanlara sərt cavab verməklə yanaşı, şou biznesdəkiləri müqayisə etdi:

Mənim boşanmağımla bağlı fikir yazanlara demək istəyirəm ki, sizin fikirlərinizə ehtiyacım yoxdur. Gedin öz həyatınızı yaşayın. Qızlarım yanımdadır, hər zaman mənimlə olacaq. Mən düşündüyünüz qədər aciz deyiləm. Bu günə qədər ailəmi maddi, mənəvi ehtiyaclarla təmin etmişəm. Bu gündən sonra da edəcəm. Bilin ki, mən yoldaşımdan ayrılmışam, qızlarımdan yox. Kim ağzının danışığını bilməsə, məhkəmədə görüşəcəm.

Coxları məni yaxından tanımır! Şou biznesin 80 faiz kişi simalı "qaluboy" və geyləri qeyrətdən, abırdan danışıanda, gülürəm. Amma coxları kim-kimdir, bilmir. Mən bu günə qədər namusla yaşamışam və yaşayacam. Heç kim problemlərdən sığorta olunmayıb. Mənim pulum həmişə ailəmə, dostlarıma, kasıblara, xəstələrə və lazım olan savab işlərə sərv olunub. Bundan sonra da olacaq. Siz gedin o müğənnilərə söz atın ki, hələ bir insana 100 manat köməklik etməyib. Deyiləsi söz çoxdur. Sonda onu da deyim ki, şou-biznesdə mənim mənim qədər kişi, mənim kimi müğənni və ürəyi açıq insan yoxdur. 80 faiz qeybət edən, paxıl, eqoist. Sənəti, səsi olmayan sənətə dəxli olmayan təsadüfi insanlar! 20 faiz isə sənəti olan, abrlı, həyalı, sənətini sevən insanlardır. Bir insanı tanımadan onun haqqında fikir söyləməyin. Çünki qiyamət günü hər kəs öz haqqını alacaq".

Geri qayıt