Əsas Səhifə > Şou-biznes > "Hərdən düşünürəm, bu günə qədər necə övladsız yaşaya bilmişəm"

"Hərdən düşünürəm, bu günə qədər necə övladsız yaşaya bilmişəm"


30-09-2015, 08:44
"Hərdən düşünürəm, bu günə qədər necə övladsız yaşaya bilmişəm"
Müğənni Elmira Ələkbərzadə ana olmağından danışıb. "Zərif qəhrəman" verlişinə danışan sənətçi övladını yeganə məhəbbəti adlandırıb:

Mən 41 yaşında ana olmuşam və çox xoşbəxtəm. Ana olduğum zaman nələrin baş verdiyinu yuxu kimi hiss edirdim. Uşaq dünyaya gələndə, başımın üzərinə qoydular. Onun balaca üzündən öpdüm və gözlərimdən yaş gəldi. Hər o ağlayanda, mən ondan öncə ağlayırdım. Bacım, həyat yoldaşım dedi ki, hər gün bu qədər ağlasan, səndə can qalmaz. Zaman keçdikcə, özümə hakim ola bildim. Hər onu opdükcə deyirəm "Davud, sən mənim yeganə məhəbbətimsən". Hərdən düşünürəm, bu günə qədər necə övladsız yaşaya bilmişəm".

Geri qayıt