Əsas Səhifə > Şou-biznes > "Plastik cərrahın dəhlizində nə qədər gözləyən var"

"Plastik cərrahın dəhlizində nə qədər gözləyən var"


1-10-2015, 08:38
"Plastik cərrahın dəhlizində nə qədər gözləyən var"
Əməkdar artist Sənubər İskəndərli gözəlliyi ilə seçilən və nümunə göstərilən xanımlardandır.

Aktrisa Gecce.az-a gözəl qalmağının sirrini danışıb:

“Çox hövsələsiz insanam, salonda manikür etdirəndə belə tələsdirirəm. Buna görə də salonda vaxt keçirmək mənlik deyil. Sadəcə ayda bir dəfə kosmetoloq yanına gedirəm. Məxsusi kremlər var ki, kosmetoloqun məsləhəti ilə onlardan istifadə edirəm. Çünki biz həmişə göz önündəyik, tamaşaçıların qarşısındayıq. O ki, qaldı plastik əməliyyata, bu gün əməliyyat keçirmək üçün sənətçi olmaq lazım deyil. Siz gedin plastik cərrahın yanına, görün ki, dəhlizdə nə qədər sadə vətəndaşlar var. Aktrisalarımızın sadəcə adı çıxıb (gülür)”.

Geri qayıt