Əsas Səhifə > Şou-biznes > Doğuşun Xoşqədəmə müraciəti: "Bir də heç vaxt.."
Doğuşun Xoşqədəmə müraciəti: "Bir də heç vaxt.."21-10-2015, 10:19 |
Türkiyənin tanınmış müğənnisi Doğuş öz “İnstaqram” hesabında aparıcı Xoşqədəm Hidayətqızı ilə evliliyinin il dönümünə həsr olunan şəkil paylaşıb. ANS PRESS-in məlumatına görə, türkiyəli ifaçı Azərbaycanın məşhur aparıcısı Xoşqədəm Hidayətqızını sonsuzadək sevdiyini yazıb. Doğuşun paylaşdığı şəkli qısa müddətdə minlərlə izləyici bəyənib. “Mənim günəşim! Telefondan şəklinə baxanda belə, istiliyini, hüzurunu hiss edirəm. Yaxşı ki, həyatımdasan, yaxşı ki, həyat yoldaşım, nəfəsim oldun. Səni sevirəm. Səni həyatımın sonuna qədər sevəcəm. Səninlə qocalıb, səninlə öləcəyəm. Mənim ən gözəl həyatımsan, həyat yoldaşımsan. Uşaqlarımızla xoşbəxt evimiz olsun. Bu ilk ildönümündə ayrı olmağımız məni kədərləndirdi. Bir də heç vaxt özəl günlərdə ayrı olmayaq, gözəl xanımım. Səni çox sevirəm, həmişə də çox sevəcəyəm. İlk ilimiz mübarək olsun, əzizim”. Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə ötən il evlənib. Toy mərasimi Bakıda həyata keçirilib. Xoşqədəm Hidayət qızı 2011-ci ildən televiziyada fəaliyyətə başlayıb. ANS TV–də "Xoşqədəmlə axtarıram səni "və "Sən tək deyilsən" verlişləriinin aparıcısı olub. 2005-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. Geri qayıt |