Əsas Səhifə > Şou-biznes > "Evdəkilər həmin verlişi dinləməsin deyə, radionu və televizoru xarab etmişdi"

"Evdəkilər həmin verlişi dinləməsin deyə, radionu və televizoru xarab etmişdi"


9-11-2015, 10:07
"Evdəkilər həmin verlişi dinləməsin deyə, radionu və televizoru xarab etmişdi"
Gecce.az xəbər verir ki, yüzlərlə şeiri əzbər bilən xalq artisti Əminə Yusifqızı bu barədə o, "Sevilənlər" verlişində danışıb:

"Mən şeiri əzbərləmirəm. Gözüm tutan şeiri 50-100 dəfə diqqətlə oxuyuram. Onunla da ömürlük yaddaşıma həkk olunur. Bir xüsusiyyətim var. Hər gecə çoxlu şeiri təkrarlayıram. Hərdən unutduğum an olur. Gecənin bir yarısı olsun, durub rəfdən kitabı tapıb, onu xatırlayıram".

Əminə xanım ailəsindən söz açıb. Bildirib ki, həyat yoldaşı onun sənətini dəstəkləsədə, onun valideynləri sənətinə qarşı çıxması, ailədə soyuqluğa və ayrılığa gətirib çıxarıb:

"Həyat yoldaşım Səməd sənətimdə dəstək idi. Amma valideyn təpkisi münasibətlərimizə xələl gətirirdi. Ayrıldıq. Bir müddət sonra atası və anası mərhəmətə gəldi. Amam gec idi. Yoldaşım dünyasını dəyişdi. Birləşə bilmədik. Yadımdadır, bir gün dövlət televiziyası və radiosunda mənim haqqımda verliş hazırlamışdılar. Evdəkilər həmin verlişi dinləməsin deyə, radionu və televizoru xarab etmişdi. Mənə dəstək olurdu. Amma birlikdə uzun ömür sürə bilmədik".

Xalq artisti sonda qızı haqqında kövrək notlara söykəndi:

"Qızım Səminəyə görə, çox yaşamaq istəyirəm. Hamımızın donu bəllidir. Amma qızım üçün Allahdan ömür istəyirəm".

Geri qayıt