Əsas Səhifə > Şou-biznes > “Nuriyyə Əhmədovanın ürəyini bacısı partlatdı”
“Nuriyyə Əhmədovanın ürəyini bacısı partlatdı”18-11-2015, 09:50 |
Bu gün xalq artisti Nuriyyə Əhmədovanın ölümünün 40 günü tamam olur. Azərbaycan Musiqili Teatrın aparıcı aktrisası, əməkdar artist Nahidə Orucova Nuriyyə xanımla bağlı 40 gündə deyə bilmədiyini Gecce.az-a etiraf etdi: “Biz Nuriyyə xanımla 30 ildən çoxdur ki, yaxın rəfiqə olmuşuq. Pis günündə, yaxşı günündə mən həmişə ona arxa-dayaq olmuşam. Bu günə kimi susdum, susmağıma səbəb isə Nuriyyə Əhmədovanın ruhuna olan hörmətim idi. Amma həqiqətləri deməyin vaxtı gəlib çatdı. Nuriyyə Əhmədova 10 ildən çoxdur ki, mütəmmadi olaraq mənim evimdə qalıb, sığınacaq tapıb. Bacı kimi bir evdə yaşamışıq. Niyə o iki bacısı, iki qardaşı ola-ola mənim evimdə qalıb? Heç bunun səbəbini jurnalistlər müsahibə alanda soruşublarmı ondan? Bəlkə də soruşublar, amma Nuriyyə xanım həqiqəti deməyib. Çünki o ailəsini pis qələmə vermək istəmirdi. Amma yaxın dostları, sənət yoldaşları və ona yaxın olan insanlar bilirdi ki, məsələ nə yerdədir. Onun bacısı Maya tək yaşayırdı,bəs niyə Nuriyyə xanıma sığınacaq vermirdi? Çünki Nuriyyə xanımı o dəfələrlə nəvəsi Faiqlə birlikdə evindən qovub. Nuriyyə xanım hər dəfə Mərdəkandan gələndə göz yaşları içərisində olurdu. Dəfələrlə soruşub buna cavab istəsəm də “Ehh.... dərdim böyükdür, ürəyimi partlatma” deyib sualdan yayınırdı. Bu hadisə son illər ərzində dəfələrlə təkrarlanırdı. Ölümündən iki həftə əvvəl, Qurban bayramı ərəfəsində mən evimdə təmirə başladım.vTəmirə doğrudan da ehtiyac var idi, divarım uçmuşdu.vNuriyyə xanım məcburiyyətdən bacısıgilə getdi. Nə mən istəyirdin getsin, nədə o. Çünki deyirdi ki, Nahidə sənin evin mənim üçün çox rahatdır. Mərdəkana gedəndə bacısı Maya üzünə qapını bağlayıb dedi ki, mən Qubaya Qurban bayramı keçirməyə gedirəm. Yazıq Nuriyyə xanım məcbur olub şəhərə yaxın bir ərazidə özünə müvəqqəti ev kirayə etdi. 4-5 gündən sonra bacısı Qubadan evinə qayıtmışdı, amma öz doğma bacısına xəbər etməmişdi. Nuriyyə onun qayıtdığını biləndən sonra yenidən məcbur olub, bacısının yanına getdi. Müvəqqəti onun yanında qalmaq istəyirdi. Nuriyyə xanım mənə bu sözləri dedi: ” Bacım mənə dedi ki, niyə gəlmisən? Mən Dubaya qızımın yanına gedirəm. Evdə olmadığım müddətdə evimin açarını sənə etibar edə bilmərəm”. Hətta Nuriyyə xanım ona yol pulu, qızına almağa hədiyyə pulu verdi. Amma indi bacısı Maya Nuriyyəyə olan “məhəbbətindən” danışır. O, bacısına qarşı bəslədiyi hansı məhəbbətdən danışır? Bəs o cür bacının qədrini bilməyən insan mənim qədrimi biləcək? O 40 gün ərzində hamını təqsirkar bilirdi ki, bacım üçün heç kim heç nə etmədi. Halbuki yasa gələn insanlar, dost tanış, bəziləri pul verdi, bəziləri isə gücü çatandan ərzaqla kömək etdilər. Belə insanlardan biri, mənim yaxınım iki cümə axşamının ərzağını, pul və üstəlik də baş daşının düzətdirməsinə söz verdi. Hətta 200 azn öncədən pul da vermişdi. Sadəcə bacısının məqsədi baş daşı düzəltmək deyildi, o pulu cibinə qoyub, öz işlərinə xərcləmək istəyirdi.Hər dəfə o, həmin insana zəng edib, hədə qorxu gəlirdi. Deyirdi ki, vaxtın yoxdursa pulu göndər baş daşını özüm düzətdirəcəm. Nə verəcəm, nə verməyəcəyəm özüm bilərəm deyirdi. Bu sözlərdən sonra mən necə 40 mərasiminə gedə bilərəm? Hamı zəng edib soruşur ki, Nahidə niyə gəlmirsən? Nə baş verib? Orda Nuriyyə yoxdursa, mən də yoxam. Nuriyyə xanımın xatirəsini və hörmətini onu sevənlərlə birlikdə yad edəcəyəm. Qəbir üstünə gedib, dualar oxutduracaqam. Lazım gələrsə ehsanını da verəcəyəm” deyə tanınmış aktrisa gileyini bildirib. Geri qayıt |