Əsas Səhifə > Şou-biznes > "Doğulandan 10 gün sonra övladımı itirdim"

"Doğulandan 10 gün sonra övladımı itirdim"


24-11-2015, 09:13
"Doğulandan 10 gün sonra övladımı itirdim"
Tanınmış teleaprıcı Mətanət Əliverdyeva ana olduğu zaman yaşadığı ilk hisslərdən danışıb. Gecce.az xəbər verir ki, ilk dəfə 18 yaşında ana olan teleaparıcı başına gələn faciədən "Zərif qəhrəman" verilişində danışıb:

"Mən çox erkən ailə qurmuşam. İlk hamiləliyim 18 yaşımda olub. İlk uşağımı doğulandan 10 gün sonra itirmişəm. Qız övladım olmuşdu. Onu itirməklə böyük travma yaşadım. Üstündən 25 il ötüb, amma hələ də xatırlayanda pis oluram. Bir var uşaq doğulan kimi tələf olur, bir də var ki, onu 10 gün ana südü ilə qidalandırasan. Ona görə də bu mənə pis təsir edir. Uşaq mövzusuna olduqca həssasam. O hadisədən iki ay sonra Oktaya hamilə oldum və artıq hamiləliyimə çox həssas yanaşırdım. Fikirləşirdim ki, bunu da itirsəm artıq dözə bilmərəm. Həkim nəzarətində oldum. Mən çox sağlam biriyəm. O hadisənin baş verməsinə keçirtdiyim əsəb və stres səbəb olmuşdu. Erkən ailə quran xanımlara evdə qaynanaları nəzarət etməlidirlər. Stresdən uzaq olmaq üçün ikinci hamiləliyimi anamın yanında keçirtdim.19 yaşına təzə keşmişdim oğlum Oktay dünyaya gəldi. O anı çox səbirsilizliklə gözləyirdim və sevincimin həddi hüdüdu yox idi. Anam məni əsəbdən, stresdən uzaq tutmağa çalışırdı. Kiçik oğlum dünyaya gələndə isə 35 yaşım var idi. Artıq yaş fərqi özünü göstərirdi. Çünki 18 yaşla 35 yaş arasında böyük fərq var idi. 35 yaşında insan artıq hər şeydən anlamış olur".

Geri qayıt