Əsas Səhifə > Şou-biznes > İradə İbrahimova Cem Yılmazla oxudu
İradə İbrahimova Cem Yılmazla oxudu26-11-2015, 08:56 |
Xəbər verdiyimiz kimi müğənni İradə İbrahimovanın repertuarından "Neyləyək alınmadı" mahnısı “Ali baba və 7 cücələr” filmində səsləndirilib. İstanbulda yaşayan sənətçimiz bu gün filmin aktyor heyəti ilə bir araya gəlib. Gecce.az-ın məlumatına görə, müğənni ilə görüşdə Cem Yılmaz, Can Yılmaz, Ozan Güvən, Özkan Uğur iştirak ediblər. Onlar birlikdə həmin mahnını yenidən səsləndiriblər. Türkiyəli aktyorlarla çəkilmiş videosunu sosial şəbəkədə paylaşan İradə İbrahimova yazıb: “Mənə göstərdiyiniz ailə münasibətinə görə sonsuz təşəkkürlər. İnanılmaz insanlarsınız. Çox maraqlı görüş idi”. Geri qayıt |