Əsas Səhifə > Şou-biznes > Sərxoş halda saxlanılan Təranə etiraf etdi
Sərxoş halda saxlanılan Təranə etiraf etdi2-12-2015, 09:23 |
Sükan arxasında sərxoş vəziyyətdə saxlanılan tanınmış prodüser Təranə Səmədova ANS-in efirində öz səhvini etiraf edib. dia-az.life Milli.Az-a istinadla bildirir ki, "Deməsək olmaz" verilişində qonaq olan Təranə Səmədova səhvi ucbatından hazırda həbsdə ola və ya sürücülük vəsiqəsinin əlindən alına biləcəyini deyib. O bildirib ki, xanım olduğu üçün qanun çərçivəsində hörmət edilib: "Bəli etiraf edəcəm ki, spirtli içki qəbul etmişdim və "Ayıq sürücü" xidməti çağırmalıydım. Baş verənlərə görə, günah təkcə özümdədir. Özü yıxılan ağlamaz. Aqressiv hərəkətlərimin də günahı özümdədir. Bu aqressiya polislərə qarşı deyil. İnsan öz səhvini dərk edir və emosional olur. Tanınmış olduğum üçün bu respublika səviyyəsində sosial şəbəkələrdə yayıldı. Hərdən gülərək "qaydalar onu pozmaq üçündür" deyirik. Mən də qaydanı pozdum cəzamı isə çəkmişəm və çəkirəm də. Xanım olduğum üçün qanun çərçivəsində mənə hörmət etdilər. Məhkəmə səviyyəsində yüksək cərimə ödədim. Avtomobilim isə cərimə meydançasından buraxılıb". Qeyd edək ki, Təranə Səmədova Bakıda şənbə günü sükan arxasına içkili vəziyyətdə əyləşdiyi və yol qaydalarına riayət etmədiyinə görə yol polisi tərəfindən saxlanılıb. Polislərdən yayınmağa çalışan prodüser təxminən 3-4 km məsafə də qət edib. Amma sonda polis qaçmağa çalışan sürücünü saxlaya bilib. Bu zaman sürücü qəza da törədib. Özünə hər vəchlə haqq qazandırmağa çalışan sərxoş xanım aqressiv hərəkətləri və nalayiq ifadləri ilə polisləri təhqir etməkdən çəkinməyib. Geri qayıt |