Əsas Səhifə > Şou-biznes > Qalmaqal: Dj. Tural dinləyiciləri belə aldadır
Qalmaqal: Dj. Tural dinləyiciləri belə aldadır3-12-2015, 09:40 |
Radioların birindəki avtomobil verilişinin aparıcısı o qədər özündən razıdır ki, az qalır desin, bu ölkədə yol hərəkətindən yalnız mən danışmalıyam. Hətta o qədər ağ edib ki, son vaxtlar bizə sürtüşməyə də başlayıb. Biz də bunun nə ilə məşğul olduğuna diqqət etmək istədik. Noyabrın 23-da efirə gedən verlişinə cəmi 15-20 dəqiqəlik qulaq asıb ona-buna ağıl verən bu aparıcının yol hərəkəti qaydaları və hüquqla bağlı səviyyəsini gördük. Efirə zəng edən dinləyici buna deyir ki, mənim cəmi 500 kq yük götürmək icazəsi olan yük avtomobilim var. Yolda qoyulan 70 km/saat sürət məhdudiyyəti nişanı və onun altında yük avtomobilinə aid olması barədə lövhə mənim maşınıma aiddirmi? Bu “dahi” də dinləyiciyə “ətraflı” izahat verir ki, bəli, əgər yük avtomobilini bildirən lövhədə kütlə bildirən rəqəm yoxdursa, bu nişan bütün avtomobillərə aiddir, yəni sənin balaca yük avtomobilinə də aiddir. Nə isə... Söhbəti özünüz dinləyə bilərsiniz. Amma yol hərəkəti qaydalarından elementar anlayışı olanlar bilirlər ki, müvafiq qadağan nişanının, o cümlədən maksimal sürətin məhdudlaşdırılması nişanının yalnız yük avtomobillərinə aid olduğunu bildirən 7.4.1 nişanı icazə verilən maksimum kütləsi 3,5 tondan az olan yük avtomobillərinə aid deyil. Yəni dinləyicinin avtomobilinə bu nişanın heç bir aidiyyəti yoxdur. Hamıya ağıl öyrədən bu “dahi” isə tam əksini deyir. Ayıb olsun, cəmi 15-20 dəqiqəlik efirdə bu boyda səhv eşitdik və dalğanı dəyişdik. Görün, onu günlərlə dinləsək, nələr üzə çixar. Hesab edirik ki, «5 ildir efirdəyəm..., yol hərəkəti ilə bağlı maarifləndirməni yalnız mən aparıaram... Haradan istəyirsiz, soruşun, cavab verim...» deyən birisi bu səhvdən sonra nəinki efirə çıxmamalı, hətta susmalı və əvvəlki illərdə olduğu kimi, «Qatıq» verilişinin aparıcılığını davam etdirməlidir… Hörmətli Tural Yusifov, biz sənin o qədər səhvlərini eşidirik ki, onların sayını itirmişik, biz sənin hər verilişində səhv eşidirik. Sən artıq verilişdə efirə zəng edən dinləyiciləri ələ salırsan, vaxtı uzadıb suala cavab vermirsən, çünki sənin çörəyin bundan çıxır. Kontur çox getməlidir ki, ayın axırı sənə də bir şey çatsın. Sual verən adama cavab vermək əvəzinə deyirsən ki, filan nömrəyə SMS yaz, sənə cavab verək. Sənin uzun müddətdir yaddaşlardan silinmiş bir saytın var, orada da oxuculardan pul qoparmaqla məşğulsan, jurnalında da həmçinin. Sənin bütün işlərin ancaq və ancaq pula hesablanıb. Ay Tural, sən buna maarifləndirmək deyirsən? Heç olmasa, sən maarifləndirməkdən, təbliğatdan və hüquqdan danışma. Sən hüquqşünas deyilsən, sən jurnalist də deyilsən. Sən Dj.-ysən. Bu yaxınlarda eşitdik ki, səhv məlumat verən saytları cərimələmək lazım demisən. Bəli, lazımdır. Amma səhv məlumat verən, dinləyiciləri ələ salan radio aparıcılarını da cərimələmək lazımdır. Özü də ictimai işlərə cəlb etməklə. Məsələn, küçələri süpürtmək, tikintidə işləyənlərə nahar vaxtı təmiz kənd qatığı daşıtdırmaq kimi işlər ola bilər. Ümid edirik ki, ağlını başına yığıb dinc oturacaqsan. Yoxsa, sənin səhvlərinin gündəlik siyahısı ilə oxucuları tanış etmək zorunda qalacağıq. Gərək, inciməyəsən. Geri qayıt |