Əsas Səhifə > Şou-biznes > "Nakam sevginin həsrətini çəkirdim"

"Nakam sevginin həsrətini çəkirdim"


7-12-2015, 09:54
"Nakam sevginin həsrətini çəkirdim"
Son dönəmlər Space TV-də “Günaydın” verilişindən, ondan öncə isə ATV-də “Süfrəmiz” verilişindən yaxşı tanıdığımız çir çox şeir kitabının müəllifi və eyni zamanda mahir aşbaz Məcid Həsənov ekrandan uzaq düşməyinin səbəbindən danışdı.

Gecce.az xəbər verir ki, Məcid nakam sevginin həsrətini çəkirmiş. Hətta bu həsrətə şer də yazıb.

Məcid Həsənovun sözlərinə görə, məhəbbət poeziyanın ən gözəl növüdür: “İndiyədək 4 şer kitabım işıq üzü görüb. “Sevgi təranələri”, “Sənin üçündür”, “Sənə möhtacım” və “Mən necə deyim ki, gözəldi dünya”. Daha çox sevgidən yazıram. Bu da ondan irəli gəlir ki, həyatımda 15 il öncə nakam bir sevgi yaşadım. Bu nakam məhəbbət məni çox sarsıtdı. Hətta bu sevgimə “Həsrətin” adlı şer də yazmışam. Ümmumiyyətlə, mən bir şer yazmaq üçün gərək nədənsə çox böyük sarsıntı keçirim və uzun müddət tənha qalım. Amma oxucularıma şad xəbərim var. Uzun müddət ekranda görünmədim. Elə bilməyin ki sarsıntı keçirirəm. Yox, əksinə gözəl, maraqlı bir layihə üzərində çalışıram. “İstirahət” adlanan yeni layihəmlə məni sevənlərə sözün əsl mənasında istirahət bəxş etmək niyyətindəyəm”.

Geri qayıt