Əsas Səhifə > Şou-biznes > Azərbaycanlı qızın ifası "O səs Türkiyə"də ortalığı qatdı
Azərbaycanlı qızın ifası "O səs Türkiyə"də ortalığı qatdı7-12-2015, 10:23 |
"O səs Türkiyə"nin dünənki buraxılışında növbəti azərbaycanlı çıxış edib. Axşam.az-ın məlumatına görə, Leyla Rəhimova səhnədə Selami Şahinin repertuarından "Özledim" mahnısını səsləndirib. İfasıyla bütün münsifləri heyran edən 27 yaşlı həmyerlimiz onlar arasında mübahisəyə səbəb olub. Leylanı komandasında görmək istəyən müğənnilər Azərbaycandan yarışmaya gələn iştirakçıların çox güclü səs olduqlarını qeyd ediblər. Sonda L.Rəhimova Murad Bozu seçərək onun komandasına daxil olub. Qeyd edək ki, “O səs Türkiyə”nin münsif kürsüsündə müğənnilər Ebru Gündeş, M.Boz, Hadise, Gökhan və Hakan Özoğuz əyləşib. Geri qayıt |