Əsas Səhifə > Şou-biznes > "Xeyli vaxt idi hamı məndən harda olduğumu soruşurdu"

"Xeyli vaxt idi hamı məndən harda olduğumu soruşurdu"


10-12-2015, 09:17
"Xeyli vaxt idi hamı məndən harda olduğumu soruşurdu"
Günay Firudinqızı yeni layihə ilə efirə qayıdır.

Gecce.az xəbər verir ki, efir həyatına bir müddət ara verən Günay ona ünvanlanan sualalrı cavabsız qoymaq məcburiyyətində idi. Nəhayət, onun yeni tele layihəsi işıq üzü görəcək:

"Xeyli vaxt idi hamı məndən harda olduğumu soruşurdu. Deyə bilmirdim. Amma indi bəyan edirəm ki, mən "Geriyə baxanda" verlişinə hazırlaşırdım. Hər zaman arzu etdiyim insanları bundan sonra verlişimdə görəcəm. Azərbaycanın tarixində kərpic qoyan insanlar mənim qonağım olacaq. İllərdir ürəyimdə yığılan suallar nəhayət ki, ünvanına yetişəcək. Siz isə izləyin... Artıq həyatımda yeni bir səhifəyə başladım. Rəbbim mənə yeni qapı açdı. Zəhməti olan hər kəsə sonsuz təşəkkürlər".

Teleaparıcı sonda verlişin hər həftənin bazar günü efirdə olacağını qeyd edib.

Geri qayıt