Əsas Səhifə > Şou-biznes > "Mənə 1 milyon dollar da versələr, içki olan məclislərdə iştirak etmərəm"
"Mənə 1 milyon dollar da versələr, içki olan məclislərdə iştirak etmərəm"11-12-2015, 08:57 |
Mənim heç kimi mühakimə etməyə haqqım yoxdur. Bu sözləri tanınmış müğənni Xuraman Şuşalı bəzi müğənnilərin müqəddəs aylara məhəl qoymadan ziyafət məclislərində iştirak etməsi haqda Axar.az-a danışarkən deyib. Müğənni hər kəsi Allah yolunda olmağa səsləyib: “Bilirsiniz, hər insanın həyatında səhvlər olur. Mənim də səhvlərim olub, amma əsas olan o səhvləri başa düşmək və tövbə etməkdir. Elə vaxtlar olub ki, mən də müqəddəs aylarda məclislərdə iştirak etmişəm. Amma indi mənə 1 milyon dollar da versələr, içki olan məclislərdə iştirak etmərəm. İnanıram ki, bir gün gələcək o müğənnilər də Allah yoluna qayıdacaqlar”. Geri qayıt |