Əsas Səhifə > Şou-biznes > "Əgər Röya səni bağışlamırsa, bil ki..."

"Əgər Röya səni bağışlamırsa, bil ki..."


14-12-2015, 08:59
"Əgər Röya səni bağışlamırsa, bil ki..."
Niyam Salami ilə Kərim arasında qalmaqal səngimir.

Gecce.az xəbər verir ki, bu dəfə Niyam Salaminin cavabını Kərim dəfə "10lar" verilişində verdi:

"Səndən iyrənirəm. Səni hətta şeytanla səhv salıram. Lənət oxuyururam ki, sənin kimi şeytan sifətli insanla duz-çörək kəsmişəm. Şeytanı mən evimə necə buraxmışam? Yaxşı olar ki, gedib kartofunu qızardasan. Bilirəm bu sujet gedəndən sonra o qaça-qaça gəlib mənimlə barışmaq istəyəcək. Çünki onun xasiyyəti budur. Onun ağzında söz qalmır. Mənim başqası haqqında dediyim sözü gedib həmin adama çatdırıb. Sənin qürurun, kişiliyin və mənliyin harda qaldı? İnsanda sifət yaxşı şeydi. Arxasınca danışdığı insanlarla indi barışıb. Sən Ramal İsrafilovun və Rəhim Rəhimlinin arxasınca yanımda nələr danışmısan. İndi onlarla münasibətin var. İnsanların neçə sifəti var? Mən onlarla dalaşa bilərəm, amma duz çörəyi itirə bilmərəm. Aygün Kazımovanın evində nələr danışıb, həmin müğənnilər haqqında... Mən və Aygün xanım onun dalınca danışdığı adamlarla düşmən olduq. Çünki Niyamın tərəfini tutduq. Əgər Röya səni bağışlamırsa, bil ki, haqqına bağışlamır. O hər şeyi çox gözəl bilir ki, sən kimsən".

Niyam Salaminin Kərimə cavabı gecikməyib:

"Qadınlar bir-birinin haqqında nəsə deyə bilər. Mənim atdığım addıma özüm cavabdehəm. Rəhimin və Ramalın evinə gedib anasının əlindən bişən yeməklərini yemişəm. Kərim başından böyük danışmamalıdır. Mənim adımdan kim danışırsa böyük səhv edir. Kimlərlə dalaşıb barışacağımı özüm bilərəm. Çox iddialı danışır".

Geri qayıt