Əsas Səhifə > Şou-biznes > “Məni heç yerə dəvət etmirlər”
“Məni heç yerə dəvət etmirlər”16-12-2015, 09:01 |
Təəssüf ki, seriallardan, filmlərdən təklif almıram. Bu sözləri xalq artisti Əjdər Həmidov son vaxtlar televiziya kanallarında görünməməsi haqda Axar.az-a danışarkən deyib. Aktyor ona heç bir serialdan təklif gəlmədiyini bildirib: “Seriallar çəkilməyə başlayanda gözlədik ki, təklif gələr, amma heç bir serialdan dəvət gəlmədi. Səbəbini özüm də bilmirəm. Yəqin, indi serialların maliyyə durumu yaxşı deyil. Düşünürlər ki, xalq artistidir, buna görə də yüksək qonorar istəyəcək. Doğrusu, dəvət olunsam və yaxşı ssenari olsa, məmnuniyyətlə çəkilərəm”. Geri qayıt |