Əsas Səhifə > Şou-biznes > “Bu mənim şəxs həyatımdır”

“Bu mənim şəxs həyatımdır”


17-12-2015, 08:46
“Bu mənim şəxs həyatımdır”
Bu gün ANS-in efirində yayımlanan “Deməsək olmaz” verilişində məşur valideyinlər və onların övladların mövzusu müzakirə olunub.

“Deməsək olmaz” verilişi bu dəfə mövzu ilə bağlı Rafael Dadaşov qızı Səidə Dadaşova evində qonaq olub.

Səidə Dadaşovanın sözlərinə görə, bəzən insanlara elə gəlir ki, onların vaxtları olmur, onlar daim qastrol səfərləri, kino, teatr, çəkilişlərdə olurlar: “Bizdə isə tam fərqli olub, yəni hər bir şey yerli-yerində olub. Hər zamanı valideynlərimizin qayğısını və diqqətini üzərimizdə hiss etmişik. Hər zaman bunu hiss etmişik. Özəliklə ailənin 3-cü övladı olmuşam. Bu səbəbdən də bir az da olsa, məni ərköyün böyüdüblər, üstümdə əsiblər.

Mən hər dəfə qeyd etmişəm ki, atamın qızıyam. Məşur insanın övladı olmaq, bir az məsuliyyətli işdir. Bunun yaxşı tərəfləri odur ki, bir yerə gedəndə fərqlənirsə. Lakin sərbəst olmursan, adi bir isan kimi yaşaya bilmirsən, narahat olursan. Yəni atdığ hər bir addımına gərək diqqət edəsən. Bu baxımdan peşman oluram. Mən də adi insanlar kimi yaşamaq istəyirəm”.

Dünyaya övlad gətirməsi məsələsinə Səidə Dadaşova aydınlıq gətirdi ki, kimin nəyinə lazımdır, bu mən şəxsi həyatımdır: “Mən kiminsə işinə qarışıram?. Minlərlə insan dünyaya övlad gətirir. Bu şou-biznesdə nə qədər insanlar var. Ümumiyyətlə şou-biznesdən danışmaq istəmirəm. çünki özümü orda görmürəm, bu anlayış mənə çatmır. Fürsətdən istifadə edərək bir daha bəya edirəm ki, haqqımda gəzə söz-söhbətlərə mənim oğluma qorban olsun. Tanış olun bu Rafael Dadaşovdur”.


Geri qayıt