Əsas Səhifə > Şou-biznes > Tarkan söz verdi...
Tarkan söz verdi...4-01-2016, 09:43 |
Dünya şöhrətli türk ulduz bu il evlənmək niyyətindədir. Söhbət meqastar Tarkandan gedir. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumta görə, bu açıqlamanı o Yeni il münasibəti ilə konsert verdiyi Kiprdə edib. "Qismət olsa 2016-cı ildə evlənəcəyəm". İfaçı 2015-ci ilin son günlərində sevənlərinə gözlənilməz sürpriz edib. Evlilik yolunda ilk addımı atan Tarkan sevgilisi Pınar Diləyin evinə elçi gedib. Qız tərəfindən "hə" cavabı alan müğənni toy hazırlıqlarına start verib. "Pınarla gözəl bir əlaqəmiz var", deyərək o haqqında yayılan xəbərləri təsdiqləyib. Onun seçimi olan P.Dilek 1985-ci ildə anadan olub. Valideynləri türk olsa da, o Almaniyada dünyaya göz açıb. Tarkan özü də 1972-ci ildə Almaniyada, Frankfurt yaxınlarındakı "Alzey" qəsəbəsində, türk ailəsində dünyaya göz açıb. Atası Ali Tevetoğlunun qərarıyla 13 yaşında Karamürseldə Klassik Türk Musiqisi üzrə təhsil almağa başlayıb. Uzun müddət Almaniyada yaşayan ifaçı 1986-cı ildə Türkiyəyə gəlib. Məhz burada onun musiqi kariyerası çiçəklənib. Geri qayıt |