Əsas Səhifə > Şou-biznes > `Ölüm siyahısında mən də var idim`

`Ölüm siyahısında mən də var idim`


16-01-2016, 10:38
`Ölüm siyahısında mən də var idim`
Bir neçə gün öncə “donuz qrip”i diaqnozu ilə xəstəxanaya yerləşdirilən Türkiyənin məşhur müğənnisi Bülent Ərsoy ilk dəfə olaraq mətbuata açıqlama verib.

AzVision.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, sənatkar müalicə olunduğu xəstəxanadan evə buraxılıb. O, jurnalistlərə açıqlamasında bədən tempraturunun 40 dərəcədən artıq olduğunu bildirib:

“Mən yatağa düşməsəm, xəstəxanaya getmərəm. Həm də həkimləri sevmirəm. Amma bu xəstəxanaya gələn zaman dəhşətli qızdırmam vardı. Çarpayı məzar kimi məni içinə çəkirdi. Həkimim bu sahədə uzman olmasaydı, indi çoxdan haqqın rəhmətinə qovuşmuşdum. Yoxsa donuz qripinə görə həyatını itirən 11 şəxsin içində mənim də adım olacaqdım”.

Geri qayıt