Əsas Səhifə > Şou-biznes > İlhamə Quliyevadan Aygünə ŞOK CAVAB:
İlhamə Quliyevadan Aygünə ŞOK CAVAB:3-02-2016, 11:54 |
Xalq artisti Aygün Kazımovanın həmkarı İlhamə Quliyeva barəsində dediyi “İlhamə dəfələrlə məni şərləyib” sözlər cavabsız qalmayıb. Lent.az-a açıqlama verən İ.Quliyeva bildirib ki, A.Kazımova barəsində hüquq mühafizə orqanlarına şikayət edib: “Aygünün dedikləri ona baha başa gələcək. Dediyi sözlərə görə, 1 milyon təzminat ödəməli olacaq. Aygün ya yuxulu olub, ya da ağlı yerində olmayıb. Müğənni Natavan Həbibi ilə barışdığıma görə, Aygünü sancı tutub. Mən ona heç bir xəbərdarlıq etmək fikrim yoxdur. Bu işlə vəkilim məşğul olur. İndi dediyi sözlərə görə cavab versin”. Qeyd edək ki, A. Kazımova ötən gün açıqlamasında bildirmişdi ki, İ,Quliyeva ona dəfələrlə şər atıb: “Allah hər kəsi İlhamə Quliyevanın şər-böhtanından qorusun! Dəfələrlə məni də şərləməyə çalışıb, amma alınmayıb. Mehriban xanım, darıxmayın, möhkəm olun! Allah böyükdür, haqq öz yolunu tapacaq. İlhamə Quliyevanı tanıyan tanıyır”. Geri qayıt |