RUS ORDUSU DAHA 2-3 İL AZƏRBAYCANDA QALIR
Tarix: 28-09-2012, 11:01 |
Çap et
QƏBƏLƏ RLS-İN MÜQAVİLƏSİ UZADILIR
Azərbaycan və Rusiya Qəbələ RLS-in icarəsini əvvəlki şərtlər daxilində iki-üç il müddətinə uzadacaqlar. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə məlumatlı mənbə xəbər verib.
Danışıqlar prosesinə yaxın olan mənbənin sözlərinə görə, Rusiya Qəbələ RLS-in icarəsi üzrə Azərbaycanla bağladığı müqaviləni ehtimal ki, maksimum üç illiyə uzadacaq. Lakin bu zaman həmin müddət üzrə müqavilənin parametrləri əvvəlki kimi qalacaq.
"Hazırda söhbət müqavilənin müddətinin bugünkü mövcud, o cümlədən maliyyə parametrləri ilə iki-üç illiyə uzadılmasından gedir", - agentliyin müsahibi bildirib.
Azərbaycan Xarici İşlər və Müdafiə nazirlikləri hələ ki bu barədə rəsmi açıqlama yaymayıblar.